İtaliyada batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrant xilas edilib

 

İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib. ilasetmə əməliyyat 36 saata yaxın davam edib. Xilas edilənlərin Palermo şəhərinə gətirildiyi bildirilir.

 

Qeyd edək ki, bu ilin sentyabrında Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustunda isə İspaniya sahillərində 600 qeyri-qanuni miqrant xilas edilmişdi.

Ağ dəniz üzərindən Orta Doğudakı bir sıra dövlətlərdən, eləcə də Afrika ölkələrindən, bununla yanaşı, Əfqanıstan, Pakistan, Hindistan, Malayziya, İndoneziya və başqa ölkələrdən İtaliya və Yunanıstan limanları vasitəsilə Avropaya hər il mühacirət etmək istəyən onminlərlə insan daha çox gizli yollarla bu istəklərinə nail olmaq istəyirlər. O da bəllidir ki, çox zaman belə bir üsul onların aqibətinin sonu deməkdir. Belə bir risqli işə qol qoyan bir sıra işbazlar daha çox gəlir əldə etmək üçün miqrantların sanki taleyi ilə oynayırlar. Avropa dövlətləri belə bir təhlükənin qarşısını almaq üçün bir sıra məcburi addımlar atmaq zorunda qalıblar.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:22