İstiqlal Şairi Xəlil Rza Ulutürkün xatirəsi yad edilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək şairin xatirəsinə ehtiramlarını bildirib, məzarı üzərinə tər çiçək dəstələri düzüblər. Sonra tədbir AYB-də davam edib.
Tədbirdə tanınmış jurnalist Zülfüqar Şahsevənli 1960-cı illərdə ədəbiyyata gələn Xəlil Rza Ulutürkün alovlu, mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqımızın yaddaşında qalacağını bildirib. Şairin 1988-ci ildə başlanan milli azadlıq hərəkatının qabaqda gedən təbliğatçılarından olduğunu söyləyib. Onun vətəndaş mövqeyindən, Azərbaycan ədəbiyyatına xidmətlərindən danışan natiq yorulmadan yaradıcılıqla məşğul olan şairin onlarla dünya ədəbiyyatı incisini Azərbaycan dilinə tərcümə etdiyini, ədəbiyyatımızı zənginləşdirdiyini deyib. Şairin sağlığında “Sevən gözlər”, “Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını geniş aç”, “Doğmalıq”, “Lefortovo zindanında” və s. 30-dan çox kitabının nəşr olunduğunu deyib. Tədbirdə şairlər Qəşəm Nəcəfzadə, Oqtay Rza və başqaları şairin həyat və yaradıcılığından söz açıblar. Bildiriblər ki, o, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağa təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi. Xəlilsevərlər onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər. 1990-cı il 20 Yanvar faciəsindən sonra Mixail Qorbaçovu və SSRİ-nin digər rəhbərlərini tənqid etdiyinə görə həbs olunaraq 9 ay Moskvadakı Lefortovo zindanında saxlanılsa da, şairin əzminin, iradəsinin qırılmadığını, öz ideyalarına sadiq qaldığını diqqətə çatdırıblar. Sonda şairin ömür-gün yoldaşı Firəngiz Ulutürk Xəlil Rzanın vəfatından keçən illər ərzində 60-a yaxın kitabının nəşr olunduğunu, hazırda 15 cildlik “Seçilmiş əsərləri”nin nəşrə hazırlandığını söyləyib. O, şairə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və işrtirakçılarına minnətdarlığını bildirib.

Xudaferin.eu
“Bakı Bürosu”
09:17
Digər xəbərlər