İsraildə dəhşət saçan yanğın olayları

Bu ölkənin Qüds, Batı Şeria və Hayfa şəhərlərinə bağlı və toplam 13 bölgədə dəhşət saçan yanğın olayları baş vermişdir. Xüsusilə meşə zolaqlarında baş verən bu faciənin nəticəsində onminlərlə İsrail vətəndaşı evlərindən təhliyə olunmuşlar. İsrailin dövlət yanğınsöndürmə idarəsinin geniş miqyasda baş verən bu hadisənin qarşısını qısa bir zamanda almaq üçün beynəlxalq birliyə müraciət etməli olmuşdur. İlk yardıma isə Türkiyə yanğınsöndürən təyyarələri gəlmişlər.   

İsrailə məxsus informasiya agentliklərinin verdiyi xəbərə görə, güclü meşə yanğınları zamanı əhalidən 205 nəfər çox ciddi zərər çəkmişlər. Onlar hal-hazırda ölkənin müxtəlif klinikalarında ölümlə çarpışırırlar. 
İsrailin xarici işlər nazirliyinin təmsilçisi Ofir Gendelmanın açıqlamasına görə, baş verən güclü meşə yanğınlarının və əhalinin kompakt şəkildə yaşadıqları ərazilərdəki faciələrin qarşısını almaq üçün beynəlxalq birlik adına Türkiyə, Yunanıstan, İtaliya, Rusiya, Xorvatiya və digər 13 ölkədən yanğınsöndürənlər bu prosesdə iştirak etmişlər.  

Qeyd edək ki, güclü yanğınlar ucbatından İsrailin və Orta Şərqin ən böyük liman şəhəri olan Hayfaya daha ciddi zərərlər dəymişdir. Faktiki olaraq, Hayfa şəhərinin əhalisinin yarısı bu faciənin ucbatından yaşadıqları mənzillərindən təhliyyyə olunmaq zorunda qalmışlar. Hətta güclü yanğın hadisəsi şəhərin düz ortasına qədər irəliləmişdir. Yanğın faciəsinin ardınca Qüds və paytaxt Təl-Əvivi bir-birinə bağlayan baş magistralda güclü partlayışlar baş vermişdir. Buna görə ölkənin ən böyük nəqliyyat şosesi qapadılmışdır. 
İsrailin daxili işlər nazirliyinin təmsilçisi Gilad Erdan bildirmişdir ki, yanğınların çoxunda terror izinin olması ehtimalı vardır. Hal-hazırda bu istiqamətdə xüsusi araşdırmalar aparılır. DİN-in digər rəsmisi Mİcky Rosenfeld isə açıqlama verərək şübhəli şəxs qismində 4 nəfər həbs olunub.
İsrail hökumətinin açıqlamasına görə, ölkəyə onmilyonlarla dollar dəyərində zərər dəymişdir. Bununla yanaşı, yanğın faciəsinin baş verdiyi bölgələrdə əhalinin çoxu indi evsiz-eşiksiz qalıblar. Əhali arasında çoxlu sayda yaralananlar vardır.

P.S. “Avropada Azərbaycanın Dostları Cəmiyyəti” təşkilatı və “XUDAFERİN.EU” internet portalının kollektivi adından bu ağır və üzücü faciəyə görə İsrail xalqına kədərləndiyimizi bildiririk. Dünyanın harasında olursa-olsun bəşəri faciələrə görə, bizlər hər zaman İsrail dövlətinə xalqına bu ağır günlərində yardım edən  ütün dövlətlərə də təşəkkür edirik.
Hörmətlə: Elman Mustafazadə
“Avropada Azərbaycanın Dostları Cəmiyyəti” təşkilatının sədri və “XUDAFERİN.EU” internet portalının baş redaktoru.  

16:46