İspaniya-Kataloniya: ultimatumun vaxtı bu gün bitir

 

İspaniya hökuməti Kataloniya liderindən muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi barədə izahat gözləyir.

İspaniyanın Baş naziri Mariano Rahoy bu gün yenidən Kataloniya liderlərini məsələyə aydınlıq gətirməyə çağırıb.

“Siz Kataloniyanın müstəqilliyini elan etmişiniz, ya yox? Bu suala cavab vermək axı çox asandır. Əgər müstəqilliyi elan etmisinizsə, hökumət Konstitusiyaya uyğun davranmağa və müvafiq şəkildə hərəkət etmək məcburiyyətində qalacaq. Əgər bunu etməmisinizsə, onda öz fəaliyyətlərimizi parlamentdə müzakirə edərik”, - deyə Rahoy bildirib.

Müstəqilliyin elan olunacağı təqdirdə Madrid Kataloniyaya növbədənkənar regional seçkilər keçirməyi təklif etməyə hazır idi. “Kardene ser” radiosunun hökumətdəki mənbəyə istinadla yaydığı xəbərə görə, o zaman muxtar vilayəti Madridin birbaşa idarəsi altına almağa imkan verən Konstitusiyanın 155-ci maddəsi işə salınmaya da bilərdi. Rahoyun müstəqillik məsələsinə aydınlıq gətirməsi üçün Kataloniya hökumətinə verdiyi ultimatumun vaxtı oktyabrın 19-da səhər saat 10:00-da bitir.

Xudaferin.eu
“Avropa Bürosu”

10:22