“Xudaferin.eu” saytının “Tiflis Bürosu”nun elektron poçtuna İran mollakrat rejiminin Qafqazdakı fəaliyyətləri ilə bağlı daxil olan sənədlər bir daha sübut edir ki, bu ölkənin strateji məqsədi nədən ibarətdir. Farsca yazılmış bu sənədlər toplusunda yer alan ad-soyadlar, rəqəmlər dəhşət saçır. Azərbaycan Respublikasının vətəndaşı olan dindar insanların inanclarından sui-istifadə metodunun arxasında duran hədəflər burada sanki “parianizm dövlət modeli”nin bənzəridir. Gürcü iranşünas alimləri ilə birgə apardığımız incələmələr sonucunda onların özləri də dəhşətə gəldilər. Bu “bəsici” strukturu xatırladır. “Bəsici”lik həm də potensial terrorçu “hezbollah”çılıq deməkdir.
Molla rejiminin Azərbaycandakı “bəsici” şəbəkəsi
Adlarının çəkilməsini istəməyən gürcü iranşünas alimləri bizə bildirdilər ki, İranda molla rejiminin “vətəndaş cəmiyyəti” adı altında bir neçə strukturu mövcuddur. İlk öncə hər bir yaşayış məskənində “bəsici” dəstələri yaradılır. İmkansız dindar ailələrə yerli məscidlər tərəfindən aylıq yardımların sayəsində formalaşdırlan bir sistemdir. Yəni kasıblar həmin məscidlərdən asılı olduqları üçün, oranı idarə edən molla “soldafon” düşüncəli yeni nəsil yetişdirməklə məşuldur. Beləliklə həmin məhəllə sonucda mollanın əsgərinə çevrilir. Hər şey mollanın idarəsi altına keçir. Kriminal anlamda yanaşıldıqda bəlli olur ki, ideoloji, siyasi, dini, ictimai və hətta iqtisadi baxımdan həmin məhəllə mollanın nəzarəti altında idarə olunan proses deməkdir.
“Xudaferin.eu” saytının redaksiyasına daxil olan sənədlərdə ad-soyadları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları İrandakı “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyi tərəfindən idarə olunan düzənlə tədricən “bəsici”lik şəbəkəsi yaradılıb. Hər bir imkansız inanclı vətəndaşa aylıq maliyyə yardımlarının olunması “bəsici”lik şəbəkəsi deməkdir. Dəhşət saçan başqa bir mənzərə isə, öz alının təri ilə pul qazanan inanclı vətəndaşların məscidlərə etdikləri yardımların sayəsində bunlar başa gəlir. Özəlliklə də Bakıdakı “Hüseyniyyə” namazgahı ilə bağlı redaksiyamıza daxil olan sənədlər dəhşət saçır. Çünki, namazgah İranın Qum şəhərindən idarə olunan “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyinin başçıcı höccətülislam İbadulla Ocaqnəjad tərəfindən yönləndirilir. Özəlliklə cümə namazları zamanı Azərbaycanın hər yerindən “Hüseyniyyə” namazgahına gələrək burada İbadulla Ocaqnəjadın “moizələri”ni dinləyən dindarlar onun hansı yöndə dini-ideoloji təbliğatlar aparacağına diqqət yetirirlər. Bununla yanaşı, imkanlı inanclı dindarlar “xüms”-“zəkat” vermək üçün yarışa girirlər. Sanki, “Ocaqnəjad Ağa”ya daha çox xoş gəlmək üçün bu addımı atırlar.
“Bəsici”lik İran molla rejiminin mollalar tərəfindən idarə olunan “şapalaq vuran” sosial gücü deməkdir. İstənilən yaşayış məntəqəsində rejimin nümayəndəsi olan mollanın bir fitvası ilə “bəsici” adlanan kəsimin vasitəsilə hər şeyi alt-üst edə bilər. Din pərdəs altında İranın yüksək rütbəli kəşfiyyatçı zabitləri Azərbaycan və Gürcüstanda “bəsici”lik ideyası ilə şəbəkələşməyə çalışırlar. Elə buna görə də hər iki respublikada fəaliyyət göstərən İran səfirləri “Dünya Müsəlmanları Dini Lideri”nin nümayəndəliyinin rəhbərini görəndə dördqat əyilib “bəçeşm ağa” (gözüm üstə) deyərək təzim edirlər.
“Hüseyniyyə” namazgahında toplanan “xüms-zəkat”lar haraya gedir
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, indiki məqamda duruma görə İran kəşfiyyatının formalaşdırdığı “bəsici” sistemi zahirən passiv görünür. Onların qarşısında duran vəzifə dini tədbirlərdə iştirak etmək, İrana bağlı ticarət şəbəkələrində işləmək, dini mərasimlərdə, özəlliklə məhərrəmlikdə fəallıq göstərmək, İranın dini siyasətini yürüdən mollaların nüfuzunu yüksəltməkdən ibarətdir. Beləcə İranın strateji hədəflərinə uyğun düzən addım-addım formalaşmaqdadır. Bu proses Bakıdakı “Hüseyniyyə” namazgahı üzərindən idarə olunur. İmkanlı dindarlar dini elmləri bilmədikləri üçün əldə etdikləri gəlirlərindən “xüms-zəkat” verməklə bu prosesdə iştirakçıya çevrilirlər. Redaksiyamıza daxil olan sənədlər sübut edir ki, əvvəllər Bakıda fəaliyyət göstərən “Emdade Xomeyni” cəmiyyətinin funksiyasını bu gün “Hüseyniyyə” namazgahı icra edir. Yəni inanclı imkansız vətəndaşlara maddi yardımlar etməklə, “xüms-zəkat”lar paylamaqla onları İran siyasətinin dini ideoloji pərdəsi altında öz alətlərinə çevirmək deyilir buna.
Bu problemin dəhşət saçan tərəfi odur ki, indiyə kimi “Qafqaz Müsəlmanları Ali Ruhani” idarəsi adlanan qurum bütün bunları sadəcə seyr etməklə yetinib. Bircə dəfə də olsun cınqırını çıxarmayıb. Sanki, bu qurumun özü İran molla rejiminin əlavəsinə çevrilib. Azərbaycanda təkcə “Hüseyniyyə” namazgahı tərəfindən ayda 250 ruhaniyə dolayı yolla maaş verilməsi, 381 nəfərə “İran islamı”nın təbliği üçün yardımların edilməsi, 3 min 200 nəfər dindarın bu prosesdə “xüms-zəkat” ödəməsi ən acınacaqlı faktlardan biridir. Bu, hələ aysberqin görünən tərəfləridir. “İran Mədəniyyət Mərkəzi” adlı strukturda fəaliyyət göstərən 400 nəfərlik ştat cədvəlinin funksiyası dəhşət saçan faktlara yol açıq. Çünki, “Hüseyniyyə” namazgahında özünü “sədaqət” baxımından isbat etmiş insanlar həmin mədəniyyət mərkəzində təlimlər alırlar. Yüksək səviyyədə “etibar” qazananlar isə İran mollaxanalarında təlim almaq üçün göndərilirlər.
Redaksiyamıza daxil olan sənədlər sübut edir ki, “Hüseyniyyə” namazgahının zəkat-xüms adı altında illik dövriyyəsi azından 700 min manat təşkil edir. Bu qədər maliyyə inanclı vətəndaşlara paylanılaraq, İranın “bəsici”lik və “hezbollahçı”lıq siyasəti üçün yönləndirilir. Beləliklə də dünyanın ən ucuz qiymətə başa gələn cəsusluq şəbəkəsi yaradılmışdır. Bu strukturlaşma adi bir məhəllədə nələrin baş verdiyini və həmin məkanı savadsız kütlənin vasitəsilə idarə etmək sistemi deməkdir.
Dini təbliğatların arxa baxçası “İranın cəsus yuvası”
Bu gün Azərbaycan Respublikasında 2050 məscid fəaliyyət göstərir. Bunların ümumi tutumu 300 min nəfər təşkil edir. Güney bölgəsində 546, Aran bölgəsində 332, Quzey-Batı bölgəsində 274 məscid gündəlik fəaliyyət göstərirlər. Faktiki olaraq, azından hər həftə cümə namazlarında iştirak edənlərin ortalama sayı 500 min nəfərə yaxındır. Bu qədər məsciddə iştirak edənlərin demək olar ki, 90 faizi cəfərilik məzhəbinə bağlıdırlar. İran molla rejimi bütün bunları diqqətlə incələyərək məhz bu fakta söykəmli şəkildə öz cəsus şəbəkəsini çox asanlıq qura bilir. Özəlliklə də dini və yas mərasimlərində İranın cəsuslarına çevrilmiş əksər mollalar məhz höccətülislam İbadulla Ocaqnəjadın moizələri əsasında təbliğatlar aparırlar. Çünki, müftəxorcasına yaşamaq prinsipi bunu tələb edir. Onlar bir yandan İbadulla Ocaqnəjaddan, o biri yandan yas mərasiminin sahibindən pul qoparmala özlərini çox rahat hiss edirlər. Heç bir əzab-əziyyət çəkmədən İrana cəsusluq etməyin “dadı”nı çıxarırlar. Paytaxt Bakıda mollalar özlərini bir qədər sakit göstərsələr də, Azərbaycanın bölgələrində onlar özlərini daha sərbəst aparırlar. Hətta dini və yas mərasimlərində daha qabarıq şəkildə meydan sulayırlar. İran ayətullahlarının açıq şəkildə təbliğatlarını aparmaqdan belə, çəkinmirlər. Yerli əhalinin dini savadsızlığı və icra strukturlarının bilgisizliyi ucbatından mollalar asanlıqla fəallıq göstərirlər. Hətta Qərb dövlətlərini, ABŞ və İsraili mənfur düşmən timsalında təqdim etməkdən belə çəkinmirlər. İran molla rejiminin “Mərgi Amrika, mərgi İsrail” (Amerikaya ölüm, İsrailə ölüm) tipli təbliğatlar da olunur. İran molla rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə tamamilə gizlədirlər. Guya “İranın daha dərin strateji hədəfləri var” deyərək verilən sullardan yayınırlar. P.S. Növbəti yazımızda Gürcüstan üzərindən İranın cəsusluq sistemi ilə bağlı yazıları gündəmə gətirəcəyik. Bizim İranın Azərbaycan dövlətçiliyinə qarşı apardığı siyasətlərin iç üzünü açan yazılarımızdan sonra, təəssüflər olsun ki, Bakıda fəaliyyət göstərən bəzi KİV orqanlarında sadaladığımız təkzibolunmaz faktları mümkün qədər “şübhə” altına almağa cəhd göstəriblər. Özlərini saxtakarcasına “politoloq” adlandıraraq, sübut və dəlil kimi ortaya qoyduğumuz faktları inkar etməyə çalışıblar. Həqiqətin adı birdir. Bu, dəyərli oxucularımıza təqdim etdiyimiz sənədlər və onun dilidir.
İranın Quzey Azərbaycandakı cəsus yuvası
“Xudaferin.eu” saytının “Tiflis Bürosu”nun elektron poçtuna İran mollakrat rejiminin Qafqazdakı fəaliyyətləri ilə bağlı daxil olan sənədlər bir daha sübut edir ki, bu ölkənin strateji məqsədi nədən ibarətdir. Farsca yazılmış bu sənədlər toplusunda yer alan ad-soyadlar, rəqəmlər dəhşət saçır. Azərbaycan Respublikasının vətəndaşı olan dindar insanların inanclarından sui-istifadə metodunun arxasında duran hədəflər burada sanki “parianizm dövlət modeli”nin bənzəridir. Gürcü iranşünas alimləri ilə birgə apardığımız incələmələr sonucunda onların özləri də dəhşətə gəldilər. Bu “bəsici” strukturu xatırladır. “Bəsici”lik həm də potensial terrorçu “hezbollah”çılıq deməkdir.
Molla rejiminin Azərbaycandakı “bəsici” şəbəkəsi
Adlarının çəkilməsini istəməyən gürcü iranşünas alimləri bizə bildirdilər ki, İranda molla rejiminin “vətəndaş cəmiyyəti” adı altında bir neçə strukturu mövcuddur. İlk öncə hər bir yaşayış məskənində “bəsici” dəstələri yaradılır. İmkansız dindar ailələrə yerli məscidlər tərəfindən aylıq yardımların sayəsində formalaşdırlan bir sistemdir. Yəni kasıblar həmin məscidlərdən asılı olduqları üçün, oranı idarə edən molla “soldafon” düşüncəli yeni nəsil yetişdirməklə məşuldur. Beləliklə həmin məhəllə sonucda mollanın əsgərinə çevrilir. Hər şey mollanın idarəsi altına keçir. Kriminal anlamda yanaşıldıqda bəlli olur ki, ideoloji, siyasi, dini, ictimai və hətta iqtisadi baxımdan həmin məhəllə mollanın nəzarəti altında idarə olunan proses deməkdir.
“Xudaferin.eu” saytının redaksiyasına daxil olan sənədlərdə ad-soyadları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları İrandakı “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyi tərəfindən idarə olunan düzənlə tədricən “bəsici”lik şəbəkəsi yaradılıb. Hər bir imkansız inanclı vətəndaşa aylıq maliyyə yardımlarının olunması “bəsici”lik şəbəkəsi deməkdir. Dəhşət saçan başqa bir mənzərə isə, öz alının təri ilə pul qazanan inanclı vətəndaşların məscidlərə etdikləri yardımların sayəsində bunlar başa gəlir. Özəlliklə də Bakıdakı “Hüseyniyyə” namazgahı ilə bağlı redaksiyamıza daxil olan sənədlər dəhşət saçır. Çünki, namazgah İranın Qum şəhərindən idarə olunan “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyinin başçıcı höccətülislam İbadulla Ocaqnəjad tərəfindən yönləndirilir. Özəlliklə cümə namazları zamanı Azərbaycanın hər yerindən “Hüseyniyyə” namazgahına gələrək burada İbadulla Ocaqnəjadın “moizələri”ni dinləyən dindarlar onun hansı yöndə dini-ideoloji təbliğatlar aparacağına diqqət yetirirlər. Bununla yanaşı, imkanlı inanclı dindarlar “xüms”-“zəkat” vermək üçün yarışa girirlər. Sanki, “Ocaqnəjad Ağa”ya daha çox xoş gəlmək üçün bu addımı atırlar.
“Bəsici”lik İran molla rejiminin mollalar tərəfindən idarə olunan “şapalaq vuran” sosial gücü deməkdir. İstənilən yaşayış məntəqəsində rejimin nümayəndəsi olan mollanın bir fitvası ilə “bəsici” adlanan kəsimin vasitəsilə hər şeyi alt-üst edə bilər. Din pərdəs altında İranın yüksək rütbəli kəşfiyyatçı zabitləri Azərbaycan və Gürcüstanda “bəsici”lik ideyası ilə şəbəkələşməyə çalışırlar. Elə buna görə də hər iki respublikada fəaliyyət göstərən İran səfirləri “Dünya Müsəlmanları Dini Lideri”nin nümayəndəliyinin rəhbərini görəndə dördqat əyilib “bəçeşm ağa” (gözüm üstə) deyərək təzim edirlər.
“Hüseyniyyə” namazgahında toplanan “xüms-zəkat”lar haraya gedir
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, indiki məqamda duruma görə İran kəşfiyyatının formalaşdırdığı “bəsici” sistemi zahirən passiv görünür. Onların qarşısında duran vəzifə dini tədbirlərdə iştirak etmək, İrana bağlı ticarət şəbəkələrində işləmək, dini mərasimlərdə, özəlliklə məhərrəmlikdə fəallıq göstərmək, İranın dini siyasətini yürüdən mollaların nüfuzunu yüksəltməkdən ibarətdir. Beləcə İranın strateji hədəflərinə uyğun düzən addım-addım formalaşmaqdadır. Bu proses Bakıdakı “Hüseyniyyə” namazgahı üzərindən idarə olunur. İmkanlı dindarlar dini elmləri bilmədikləri üçün əldə etdikləri gəlirlərindən “xüms-zəkat” verməklə bu prosesdə iştirakçıya çevrilirlər. Redaksiyamıza daxil olan sənədlər sübut edir ki, əvvəllər Bakıda fəaliyyət göstərən “Emdade Xomeyni” cəmiyyətinin funksiyasını bu gün “Hüseyniyyə” namazgahı icra edir. Yəni inanclı imkansız vətəndaşlara maddi yardımlar etməklə, “xüms-zəkat”lar paylamaqla onları İran siyasətinin dini ideoloji pərdəsi altında öz alətlərinə çevirmək deyilir buna.
Bu problemin dəhşət saçan tərəfi odur ki, indiyə kimi “Qafqaz Müsəlmanları Ali Ruhani” idarəsi adlanan qurum bütün bunları sadəcə seyr etməklə yetinib. Bircə dəfə də olsun cınqırını çıxarmayıb. Sanki, bu qurumun özü İran molla rejiminin əlavəsinə çevrilib. Azərbaycanda təkcə “Hüseyniyyə” namazgahı tərəfindən ayda 250 ruhaniyə dolayı yolla maaş verilməsi, 381 nəfərə “İran islamı”nın təbliği üçün yardımların edilməsi, 3 min 200 nəfər dindarın bu prosesdə “xüms-zəkat” ödəməsi ən acınacaqlı faktlardan biridir. Bu, hələ aysberqin görünən tərəfləridir. “İran Mədəniyyət Mərkəzi” adlı strukturda fəaliyyət göstərən 400 nəfərlik ştat cədvəlinin funksiyası dəhşət saçan faktlara yol açıq. Çünki, “Hüseyniyyə” namazgahında özünü “sədaqət” baxımından isbat etmiş insanlar həmin mədəniyyət mərkəzində təlimlər alırlar. Yüksək səviyyədə “etibar” qazananlar isə İran mollaxanalarında təlim almaq üçün göndərilirlər.
Redaksiyamıza daxil olan sənədlər sübut edir ki, “Hüseyniyyə” namazgahının zəkat-xüms adı altında illik dövriyyəsi azından 700 min manat təşkil edir. Bu qədər maliyyə inanclı vətəndaşlara paylanılaraq, İranın “bəsici”lik və “hezbollahçı”lıq siyasəti üçün yönləndirilir. Beləliklə də dünyanın ən ucuz qiymətə başa gələn cəsusluq şəbəkəsi yaradılmışdır. Bu strukturlaşma adi bir məhəllədə nələrin baş verdiyini və həmin məkanı savadsız kütlənin vasitəsilə idarə etmək sistemi deməkdir.
Dini təbliğatların arxa baxçası “İranın cəsus yuvası”
Bu gün Azərbaycan Respublikasında 2050 məscid fəaliyyət göstərir. Bunların ümumi tutumu 300 min nəfər təşkil edir. Güney bölgəsində 546, Aran bölgəsində 332, Quzey-Batı bölgəsində 274 məscid gündəlik fəaliyyət göstərirlər. Faktiki olaraq, azından hər həftə cümə namazlarında iştirak edənlərin ortalama sayı 500 min nəfərə yaxındır. Bu qədər məsciddə iştirak edənlərin demək olar ki, 90 faizi cəfərilik məzhəbinə bağlıdırlar. İran molla rejimi bütün bunları diqqətlə incələyərək məhz bu fakta söykəmli şəkildə öz cəsus şəbəkəsini çox asanlıq qura bilir. Özəlliklə də dini və yas mərasimlərində İranın cəsuslarına çevrilmiş əksər mollalar məhz höccətülislam İbadulla Ocaqnəjadın moizələri əsasında təbliğatlar aparırlar. Çünki, müftəxorcasına yaşamaq prinsipi bunu tələb edir. Onlar bir yandan İbadulla Ocaqnəjaddan, o biri yandan yas mərasiminin sahibindən pul qoparmala özlərini çox rahat hiss edirlər. Heç bir əzab-əziyyət çəkmədən İrana cəsusluq etməyin “dadı”nı çıxarırlar. Paytaxt Bakıda mollalar özlərini bir qədər sakit göstərsələr də, Azərbaycanın bölgələrində onlar özlərini daha sərbəst aparırlar. Hətta dini və yas mərasimlərində daha qabarıq şəkildə meydan sulayırlar. İran ayətullahlarının açıq şəkildə təbliğatlarını aparmaqdan belə, çəkinmirlər. Yerli əhalinin dini savadsızlığı və icra strukturlarının bilgisizliyi ucbatından mollalar asanlıqla fəallıq göstərirlər. Hətta Qərb dövlətlərini, ABŞ və İsraili mənfur düşmən timsalında təqdim etməkdən belə çəkinmirlər. İran molla rejiminin “Mərgi Amrika, mərgi İsrail” (Amerikaya ölüm, İsrailə ölüm) tipli təbliğatlar da olunur. İran molla rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə tamamilə gizlədirlər. Guya “İranın daha dərin strateji hədəfləri var” deyərək verilən sullardan yayınırlar.
P.S. Növbəti yazımızda Gürcüstan üzərindən İranın cəsusluq sistemi ilə bağlı yazıları gündəmə gətirəcəyik. Bizim İranın Azərbaycan dövlətçiliyinə qarşı apardığı siyasətlərin iç üzünü açan yazılarımızdan sonra, təəssüflər olsun ki, Bakıda fəaliyyət göstərən bəzi KİV orqanlarında sadaladığımız təkzibolunmaz faktları mümkün qədər “şübhə” altına almağa cəhd göstəriblər. Özlərini saxtakarcasına “politoloq” adlandıraraq, sübut və dəlil kimi ortaya qoyduğumuz faktları inkar etməyə çalışıblar. Həqiqətin adı birdir. Bu, dəyərli oxucularımıza təqdim etdiyimiz sənədlər və onun dilidir.
Turqay Saburtala
Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”
13:03
Digər xəbərlər