İndi “WhatsApp” messencerində göndərilmiş mesajları silmək mümkündür

 

İstifadəçilərə “WhatsApp” messencerində göndərilmiş mesajları silmək imkanı yaradılıb.

 

Bu barədə “9to5Mac” bloqu məlumat yayıb. Məlumata görə, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar və bu halda həmsöhbət "bu mesaj silinib" qeydini görəcək. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər. Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. Art;q istifadəçilər tədricən bu funksiyadan yararlana biləcəklər.

Xudaferin.eu
“Avropa Bürosu”

09:34