Hökumət ictimai qınaqdan çəkinərək cinayətkarı tutuqladı
Neçə gündür Azərbaycan KİV-lərinin ana mövzusu olan tanınmış işadamı Füzuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərəcli idarə etdiyi maşınla iki ulşaq anasını yolda vurub öldürərək olay yerindən qaçmışdır. Bütün bunlar azmış kimi, hökumət Ağaəli Fərəclini “azyaşlı” kimi “oformit” edərək 185 manat məbləğində cərimə etməklə kifayətlənmişdi. Neçə gündür KİV-lərin diqqət mərkəzində olan bu olaydan çəkinərək, sonda hakimiyyət rəsmiləri bu rəzaləti ört-basdır etməkdən çəkinməyə məcbur oldu.
İki uşaq anasını öldürən milyoner oğlu həbs olundu
Bu olayla ilgili olaraq, Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, saat 16.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb. Sabunçu Rayon Polis İdarəsinin və DİN-in “Təhlükəsiz şəhər” Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. “Təhlükəsiz şəhər” Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir. Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, mətbuata Ağəli Fərəclinin guya 14 yaşı olduğu bildilirdi.

Hurriyyet.org
09:36
Digər xəbərlər