Həmyerlimizin kitabı Türkiyədə çap olunub

 

Türkiyədə yaşayan həmvətənimiz, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanovun yeni kitabı “Estetik terminlər lüğəti” adlanır.

Alimin qardaş ölkədə işıq üzü görən kitabında alimin dövri mətbuatda dərc edilən məqalə və müsahibələri da yer alıb. Uzun illərdir Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olan Babək Qurbanovun lüğətində bəzi terminlər ətraflı izah edilib. Kitab, universitetin gözəl sənətlər fakültəsinin tələbələri, mədəniyyət, incəsənətlə bağlı araşdırmalar aparan elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Babək Qurbanov xalq şairi, XX əsr Azərbaycan poeziyasının canlı əfsanələrindən biri olan Osman Sarıvəllinin oğludur. B. Qurbanov uzun illər Bakı Musiqi Akademiyasında estetikadan dərs demişdir. Onun musiqi və mədəniyyətin estetikası barəsində yüzlərlə elmi məqalələri vardır.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:17