Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və şəfalı həkim, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri namizədi Əhməd Rəştiyev adı hələ yaddaşlardadır.
Əhməd Qarabağda, Şuşada tanınmış rəştiyеvlər soyuna bağlıdır. Bu sоyun ulu bаbаsı Sеyid Rəştidir. Sеyid Rəşti 1811-ci ildə Şuşа şəhərində аnаdаn оlmuşdu. İbtidаi təhsilini mоllа yаnındа аlmışdı. Sоnrа mədrəsədə охumuşdu.
Sеyid Rəştinin Sеyid Əhməd аdlı оğlu vаrdı.
Sеyid Əhməd Sеyid Rəşti oğlu 1845-ci ildə Şuşа şəhərində dоğulmuşdu.
Seyid Əhmədin Seyid Mövsüm adlı oğlu vardı.
Seyid Mövsüm Sеyid Əhməd oğlu Rəştiyev Şuşa şəhərində dünyaya göz açmışdı.
Əhməd Mövsüm oğlu Rəştiyev 25 yanvar 1928-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb institutuna
daxil olmuşdu. 1952-ci ildə institutun müalicə-profilaktika fakültəsini tamamlamışdı. 1960-cı ildə klinik ordinatura pilləsini bitirmişdi.
Əhməd Rəştiyev təyinatla Qərbi Azərbaycanın Kalinino bölgəsinə göndərilmişdi. 1952-ci ildə rayon xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri olmuşdu.
Əhməd Rəştiyev 1953-1954-cü illərdə Türkmənistan SSR-in Krasnıvodsk vilayət xəstəxanasında cərrah kimi çalışmışdı.
Əhməd Rəştiyev 1954-1955-ci illərdə Qutqaşen (Qəbələ) rayonunun Vəndam kənd xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdi. 1956-cı ildə isə Göyçay rayon Birləşmiş Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərmişdi.
Əhməd Rəştiyev 1961-ci ildə Azərbaycan Dövlət Tibb institutuna assisent vəzifəsinə dəvət edilmişdi. Burda "Mamalıqda vakkum-stimulyatorun və vakkum-ekstratorun tətbiqi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi adına yiyələnmişdi.
Əhməd Rəştiyev 1962-ci ildən ömrünün sonunadək Bakı şəhərindəki 1 saylı doğum evinin baş həkimi olmuşdu.
Əhməd Rəştiyev 1968-ci ildə nəşr olunan ginekologiya üzrə dərsliyin müəllifidir.
Əhməd Rəştiyev 2 fevral 1986-cı ildə vəfat edib.
Ömrünü Azərbaycanda səhiyyənin inkişafına, insanların sağlamlığına həsr etmiş Əhməd Rəştiyevi xatırlamamaq günahdır. Analarda olan xəstəliklər ilə fədakarcasına mübarizəyə başlamış, bu xəstəliklərin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparmışdır. O, yaddaşlarda ləyaqətli, humanist, xeyirxah, mehriban, fitri istedada malik novator alim, pak və nəcib bir həkim kimi yaşayır.
Əhməd Rəştiyеv: əslindəki şəfaət, əlindəki şəfa..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
00:57