"Çovğunun başlamasını demək üçün meteoroloq olmağa ehtiyac yoxdur"
"Çovğunun başlamasını demək üçün meteoroloq olmağa ehtiyac yoxdur"
Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərəzli tənqidinə cavab verdi
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsinin müzakirəsi ilə bağlı professor Qulu Məhərrəmlinin qələmə aldığı “Ana dilimizdə 37 havası...” adlı yazısı mediada geniş yayılıb ciddi rezonans doğursa da, Dilçilik institutu bu məqalədən narazı qalıb. Bununla bağlı həmin institutun saytında “Orfoqrafiya qaydalarındakı 37-ci maddəyə qərəzli yanaşmaya cavab” adlı yazı da dərc olunub. Yazıda bildirilir ki, Q.Məhərrəmlinin yazısında institutun adı xüsusi olaraq hallandığına görə həmin qurum bu məsələyə rəsmi münasibət bildirməyi zəruri sayır. Münasibət isə “professorun adıçəkilən yazısı açıq-aşkar şəkildə qərəzlidir, heç bir elmi əsasa dayanmır və populist xarakterlidir” kimi ifadə olunub.
Həmin yazıya münasibət bildirən Q.Məhərrəmli moderator.az-a deyib ki, Dİlçilik institutunun belə reaksiyası anlaşılan deyil və bu yazının həmin elm ocağında hazırlanmasına şübhə edir. “Əvvəla, mənim yazımda institutun adı “xüsusi” hallandırılmayıb, bircə yerdə qeyd olunub ki, 37-ci maddədəki iki ”y” məsələsinin təşəbbüsçülərindən olan və yüksək vəzifələr sahibi akademik İsa Həbibbəylinin Dilçilik institutuna ciddi təsiri var və bu da yalan deyil. İkincisi isə qısa müddətdə çalışdığım bu institutun gözəl kollektivi ilə, oradakı dəyərli alimlərlə, o cümlədən rəhbərliklə həmişə və indi də normal münasibətlərim olub. Amma indi söhbət şəxsi münasibətlərdən deyil, millətə aid olan taleyüklü dil məsələsindən gedir. Ona görə də bu məsələdə müzakirə imitisiyası, tənqidi süngü ilə qarşılamaq və inzibatçılıq yolverilməzdir.”- deyə Q.Məhərrəmli bildirib.
Professor bunu da əlavə edib ki, o, layihədəki 22,37 və 69-cu maddələri ana dilinin nizamının pozulması üçün ciddi təhlükə hesab edir. Xüsusən, qoşa “y” ilə yazılan çoxsaylı sözlərdə “y” samitinin birinin ixtisar edilməsi təklifi (maddə 37) gerçəkləşsə, gələcəkdə yazıda ciddi hərc-mərcliyə səbəb olacaq. Bu maddədə əsaslı elmi düşüncə yox, inzibatçılıq havası duyulur. Bax, həmin hava ilə yazılmış qərəzli məqalədə iddia olunur ki, guya mən görkəmli dilçi A.Axundovun “-iyyət” tipli şəkilçili sözlərin bir “y” ilə yazılmasını sübut etməsini nəzərə almıram. Axı bunu necə nəzərə alım ki, mərhum Ağamusa müəllim 2004-də buraxılan Orfoqrafiya lüğətinin redaktoru, 2013-dəki nəşrin isə layihə rəhbəri olub və həmin sözlərin dildə oturuşmuş şəklinə dəymədən saxlayıb. Yəni indiki bəzi akademiklərdən fərqli olaraq problemə düz yanaşıb.
Professor yazıdakı “Q.Məhərrəmli fonetika üzrə mütəxəssis deyil və bu isə açıq-aşkar şəkildə sübut edir ki, onun -iyyət, -iyyat şəkilçiləri ilə bağlı fikirlərinin heç bir elmi əsası yoxdur” iddiasına da münasibət bildirib. Qeyd edib ki, əvvəla, çovğunun başlamasını bilmək üçün meteoroloq olmağa ehtiyac yoxdur. İkincisi, mən birbaşa fonetika mütəxəssisi olmasam da, fonetika ilə sıx bağlı olan şifahi nitq problemləri, televiziya və radio dili, nitq mədəniyyəti və lüğətçiliklə məşğulam, elektron lüğətlər toplusu sayılan populyar azleks.az saytının baş redaktoruyam, yəni dildən uzaq adam deyiləm. Üçüncüsü isə ona qalsa indi orfoqrafiya məsələsində önə verilmiş və şəxsinə hörmət bəslədiyim Möhsün müəllim də fonetika mütəxəssisi deyil, fars dili lüğətçisi və mətnşünasdır, “y” ixtisarı məsələsini ortaya atmış hörmətli İsa Həbibbəylinin isə ümumiyyətlə, dilçliyə dəxli yoxdur”.
Professor Q.Məhərrəmli sonda bunları da əlavə edib ki, biz ana dilimizin orfoqrafiya qaydalarına diletant yanaşmanın əleyhinəyik, yaxşı düşünülməmiş təkliflərin gerçəkləşəcəyi təqdirdə dilimizdə dolaşıqlıqların yaranacağından, dil istifadəçilərinin bundan əziyyət çəkəcəklərindən narahatıq. Həm də bu prosesdə dirijor çubuğunun avtoritar düşüncəli adamların, məsələyə dil duyğusu ilə deyil, məmur düşüncəsi ilə yanaşanların əlində olmasından, qərarların
"Çovğunun başlamasını demək üçün meteoroloq olmağa ehtiyac yoxdur"
Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərəzli tənqidinə cavab verdi
moderator.az
12:41