Bütün “kolon”lar hücuma nədən keçiblər?

Son günlər “rus dili”ndə təhsil adı altında cəmiyyətdə yeni proseslərə təkan verilib

Başkənd Bakı başda olmaqla Sumqayıt, Gəncə və digər bölgələrdə rus dilində təhsil adı altında böyük aksiyaya başlanılıb. Bu prosesə “Amerikanın səsi” radiosu da qatılıb. “Rus dili”ndə övladlarına təhsil vermək bəhanəsi ilə mənşəyi bəlli olamayanlar əməlli başlı hay-küy yaradıblar. Rus dilində təhsil almaq istəyənlərin hüquqlarının pozulması kimi bəhanələr gündəmin əsas mövzusuna çevrilibdir. Hökumət isə ənənəvi “lal-dinməz”lik nümayiş etdirir.

Federal və unutiar dövlət modeli üz-üzə

Etnik mənşəyinə görə dünyada federal dövlət modeli əslində demokratiyanın təntənəsi deməkdir. Rusiya Federasiyası, Kanada, İsçevrə kimi dövlətləri örnək göstərmək olar. Dünyada idarəetmə prinsiplərinə əsasən unitar, federal, simmetrik və asimmetrik, dual, korporativ, konfederasiya, protektorat, dominion, kondominum, uniya, imperiya, fuziya, dual, qarışıq federal, milli federasiya tipli dövlət modelləri mövcuddur. Azərbaycan Respublikasının Ana Yasasında qeyd olunub ki: “Azərnbaycan Respublikası unitar dövlətdir”. Unitar dövlət modelində dominant statusa malik dil vahid dil hesab olunur.  Bununla yanaşı azsaylı xalqlar haqqında isə 16 sentyabr 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanan 212 saylı fərmanda 14 maddədən qanun mövcuddur. Həmin qanun bu günə kimi dövlətin milli azlıqlarla bağlı hökmünü saxlamaqdadır. Milli azlıqları təmsil edən xalqlar bu qanununun aliliyindən istifadə edərək ana dillərini, milli mədəniyyətlərini yaşadır və inkişaf etdirirlər. 1995-ci ildə qəbul edilmiş Ana Yasanın qanunlarında da 16 sentyabr fərmanı təsbit edilmişdir. Bununla yanaşı, orta məktəblərdə və universitetlərdə rus dili sketrouna qarşı çıxılmayıb. Azərbaycan dünyada tək dövlətdir ki, keçmiş imperiyanın mirasına toxunmadan irəliyə doğru addım atıb. Bu, “rusca təhsil almaqla rusdilli əhalinin hüquqlarının qorunması”, rus dilində məktəblərdə dövlət büdcəsi sayəsində kitabların nəşri və tədris edilməsidir.
“Biz rusuq” və “biz rusdilli əhaliyik” bəhanəsi ilə Azərbaycan dövlətinin var oluşunu şüuraltı şəkildə qəbul etmək istəməyən zümrə ölkə qanunlarına istənilən anda tüpürmək kimi siyasəti 27 ildir yaşatmaqda davam edir. Rusiya yönlü olmaq o demək deyil ki, başqa bir dövləti tanımayasan. Litva, Latviya və Estoniyada hansı oyunların oyanandığı  göz önündədir. Qazaxstanla bağlı saxtakarcasına az qala “rus dili” və “rusdilli əhalinin hüquqlarının qorunması yönündə uzunvədəli təhdidlər yaşanıldı. Rusiyanın metropoliya siyasətini yürüdənlər bütün bunların arxada qaldığının fərqində deyillər. Zamanın necə dəyişdiyinin qəbul etmək istəmirlər. Bizi ən çox rahatsız edən ölkədə rəsmi hakimiyyət çevrələrinin susqunluğudur. Ona görə də, özlərini “rusdilli” əhali kimi qələmə verən, əslində Azərbaycana qarşı ermənilərin apardıqları gizli hədəflərin strateji baxımdan yeni oyunlarının parçası olduqlarını nümayiş etdirirlər. Dövlətə qarşı bunca diversiyaların ortaya atılması hakimiyyət rəsmiləri və dövlət büdcəsindən maliyyələşən “vətəndaş cəmiyyətləri”- QHT-lər belə lal, kar və kor olublar. Övladlarını rusca oxutmaq istəyənlər hətta milsiz mətbuata rus dilində açıqlamalar verərək onların hüquqlarının pozulması yönündə israrlı olduqlarını nümayiş etdirirlər. Hakimiyyət isə susmaqla yaxasını kənara çəkir. Dövlətə qarşı aparılan bu rəzalətə dur deyə bilmir.

Ermənilərin məkrli planları

Ermənilər Fransa, İngiltərə, Almaniya, ABŞ, Rusiya, İran, Ərəb dövlətləri, hətta uzaq Hindistanın dəstəyi ilə Qafqazda öz mövqelərini inkişaf etdirmək üçün: “Azərbaycan federal dövlət olmalıdır. Artsax (Dağlıq Qarabağ), Talışstan, Ləzgistan, Avarstan və Şirvan-Tat respublikaları federasiyanın bərabər hüquqlu statusu ilə təmsil olunmalıdır” konseptini irəli sürürlər. Bütün antitürk çevrələri və saxtakarlıqla ortaya atılmış “Hind-Avropa” ideoloji doktrinasını tətbiq etməyə çalışırlar. Azərbaycanın daxilində xüsusi şəbəkələrin yaradılması və proseslərin gündəmə gətirilməsi strateji hədəfləri sərgilənir. Təbii olaraq bu ideyaya qarşı ilk çıxan avar xalqı oldu. Azərbaycanın daxilində və qonşu Dağıstanda avar xalqı müdrikcəsinə erməni planlarına tüpürdü. Ləzgi və “ləzgidilli” xalqlar proyekti ilə Azərbaycana ərazi iddiasını ortaya atanlar elə bu xalqlar tərəfindən inkar edildilər. Çünki, bir qrup yaramaz Rusiya, Ukrayna, hətta Avropa Birliyi və Avropa Şurasının  “qrant fondları”ndan maliyyə dəstəyi alaraq, öz rifahları üçün çalışdıqları üçün bu gün çıxılmazlıq sindromunu yaşayırlar. “Talışstan” ideyası ilə İrəvanda və Tehranda min hoqqadan çıxanlar da talış xalqı tərəfindən inkar olunurlar. Erməni strateji araşdırmaçıları qeyd edirlər ki: “Bütün vasitələrdən yararlanaraq Azərbaycanın federallaşmasına çalışmalıyıq. Çünki Qarabağ düyünü çözüldükdən sonra, Qafqazda ermənilərin izləri qalmayacaq”.
Bu gün Azərbaycanda “rusdilli əhalinin hüquqlarının qorunması” adı altında irəli sürülən təhsil məsələsi də məhz bu faktorun tərkib hissəsidir. Ömrü boyu Azərbaycanda yaşa və dövlət dilini bilmə. Belə bir faktora inanmaq qeyri mümkündür.
Rusiya Federasiyasında 1991-ci ildə keçirilən Ana Yasa referendumuna görə, bu ölkə federal dövlətdir. Ona görə ki, 1556-cı ildən bu günə kimi tarixi Rusiya ərazilərinə heç bir aidiyyatı olmayan ərazilər bölgələr ruslar tərəfindən işğal olunub. Ona görə də Rusiya federal dövlət olmaq prinsiplərindən vaz keçə bilməz. Keçmiş Çarlıq və Sovetlər Birliyi dövlətləri imperiya statuslu olduğu üçün, rus dilinin vahid dövlət statusunu digər toplumlara zor gücünə pərçimləyə bilirdi. Bu gün bağımsız olan dövlətlərin tərkibində rus dilində xüsusi təhsil statusunun ortaya atılması Rusiyanın imperiya ənənələrini hələ də davam etdirməsi deməkdir. Təbii olaraq, ermənilərə məxsus çevrələr bu oyunu öz maraqlarının çərçivəsinə salmaq üçün addımlar atırlar. Əldə etdiyimiz bilgilərə görə, bunun üçün bir sıra erməni bankları maddi dəstək verirlər. Çünki, TransXəzər və TransQafqaz kimi kürəsəl projelərdə qazanan tərəf Azərbaycan və Gürcüstan olacaq. Bu prosesə gündəmdə olan “Vətəndaş cəmiyyətli Ermənistan” modeli ilə pay qoparmaq istəyən ermənilər “demokratiya cildi”nə girərək çoxüfüqlü gedişlər etməyə başlayıblar.
Rusdilli məktəblər oyununda ən dözülməz hallardan biri də bizim hakimiyyət yetkililərinin atdıqları addımlardır. Demək olar ki, hakimiyyət daxilindəki “Beşinci Kalon” son günlər daha da azğınlaşıb. Onlar Türk dili və Türk milli kimliyimizi çəkinmədən aşağılamaq siyasətini sərgiləyirlər. Dövlətin büdcəsindən “KİV-ə Dəstək Fondu” sayəsində maliyyə dəstəyi alan bütün KİV-lər bu yaramazlığı seyrçi kimi izləməklə məşğuldur.  Axı dövlət sizlərə ona görə maddi dəstək vermir ki, hakimiyyəti tərifləməklə, yarınmaqla və sair yalaqlıq oyunları oynayasınız. Maddi dəstək ona görə verilir ki, dövlətin strateji maraqlarının yanında olasınız. Bunu ona görə qeyd edirik ki, artıq ölkədə 3-5 mətbu orqandan savayı kimsə bu yaramazlıqlara qarşı çıxmır. Əksər mətbu orqanlar KİV-ə dəstək fondunun himayəsi altındadır. Ermənilərin məkrli planlarına qarşı çıxmamaq da onlarla dolayı yolla həmrəylik etmək deməkdir.

Rusdilli proje vaxtilə Lenin tərəfindən qətiyyətlə pislənirdi

“Milliyyətcə rus olmayanlar rusofil xəstəliyini yaymaqda böyük səhvlərə yol verirlər”. Bu sözləri Sovetlər Birliyi kimi nəhəng imperiyanın qurucusu və ideoloqu Vlarimir Lenin deyirb. Bu siyasət indinin özündə belə dəyişməyib. 1991-ci ildən bu günə kimi Ukrayna, Qazaxstan, Moldova, Özbəkistan, Türkmənistan, Qırğızstan, Litva, Latviya, Estoniya və Azərbaycanda “rusdilli əhali” adı altında baş verən bütün oyunlarda ermənilər daha aktiv şəkildə iştirak edirlər. Onlar ənənələrinə sadiq qalaraq “zərərçəkmiş” və “məzlum” xalq obrazını çox məharətlə oynayırlar. Bəzən başqalarını irəli verərək, arxa planda öz məkrli planlarını işə salırlar. Misal üçün buna Azərbaycanı örnək göstərmək olar. Bu prosesdə ermənilər ən çox qarışıq ailələrdən yararlanırlar. Çünki, Qafqazda bahalı gəlir mənbələri Azərbaycana məxsusdur. Parazitcəsinə sömürgə siyasəti şərtləri içində yaşam tərzini nizamlamaq onların həyat normasıdır.
Azərbaycanda “rusdilli təhsil sistemi” Ana Yasamızda yoxdur. Ruslar da və rusdillilər də qanunla “milli azlıq” statusuna malikdirlər. Rusiya Federasiyasında olduğu kimi onların övladları Azərbaycandakı məktəblərdə öz dillərində sadəcə “fakültativ” təhsil proqramı şərtləri içində oxuya bilərlər. Onlara ayrıca dövlət büdcəsi hesabına müəllimlər ordusu hazırlamaq, tədris kitabları çap etmək, hətta başqa infrastrukturlar yaratmaq Ana Yasa qanunlarına qarşı hayqırı mövqedir.
Görkəmli Azərbaycan şairi və maarifpərvəri Mirzəli Möcüz 1906-cı iıdə şeirlərinin birində belə bir misranı yazmışdı:
Öyrən rusca, almanca,
Möhtac olma dilmanca.

Dil bilmək, çağdaş dünyada ikidilli, üçdilli, hətta poliqlot olmaq heç də pis deyil. Ancaq, yaşadığın dövlətin dilini bilmək, onun təhsil sisteminin qanunları ilə hərəkət etmək elə həmin dövlətə ən böyük sayğı deməkdir. Azərbaycanda rus dilində təhsil almaq tarixən antimilli projelərin yanında yer almağa xidmət edib. Çünki, bu oyunları “Moskvanın iradəsi” adı altında daim ermənilər gündəmə gətiriblər. Beləcə Azərbaycan Türkünü inkar hədəfi sərgilənibdir. Uydurma “aborigen xalqlar” və “dominant”lıq statusunu irəli sürməklə digər azsaylı toplumları özlərinin antitürk projelərinə cəlb etməyə çalışıblar. Min dəfələrlə təəssüflər olsun ki, Kremlin metropoliya siyasətinin ağuşunda olan milli sapqınlarımız və satqınlarımız da ermənilərin projelərinin yanında yer alıblar. Bu gün həmin prtosesə İran İslam Respublikası adlanan ölkə də qatılıb. Çünki, Tehran rejiminin əsas doktrinası bu ideyadan ibarətdir: “Quruca Azərbaycan dövlətinin adı Tehran rejimi üçün hər zaman təhlükə mənbəyi olacaq” (Risalət dərgisi, Tehran, 1991-ci il sentyabr sayı, məqalənin müəllifi xarici işlər naziri Əliəkbər Vilayəti). “Beşinci kalon” adlanan zümrənin təmsilçiləri olaraq bəzi şəxslərin son zamanlar hay-küy salmalarının mənası da budur. Maraqlı olan budur ki, bir yandan “ruspərəst”lər, digər yandan “iranpərəst”lər eyni mövqedə çıxış edirlər. Faktiki olartaq belə bir yaramazlığa qarşı ölkənin iqtidar və müxalif siyasi partiyaları, vətəndaş cəmiyyətləri vahid mövqedən çıxış edərək “rusdilli xalqlar” və “rus dilində təhsil” məsələsinə münasibətlərini bildirməlidirlər. Qanunun bütün vasitələrini gündəmə gətirərək yaramazlıqların qarşısını almalıdırlar.

Ənvər BÖRÜSOY 

12:19