Hindistan İran neftindən imtina edir

Hindistan hökuməti yerli neft emalı müəssisələrinə İrandan neft tədarükünün “kəskin və ya tam ixtisarına” hazırlaşmağa çağırıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda Hindistan KİV-də məlumat yayılıb.

İrandan neft idxalı ilə bağlı məhdudiyyətlər artıq noyabrın əvvəlindən etibarən tətbiq oluna bilər.

Məlumata görə, bu Dehlinin ABŞ-ın İran və onunla əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı bərpa etdiyi sanksiyalara ilk reaksiyası olub.

Halbuki, bundan əvvəl Hindistan hökuməti ABŞ-ın bir tərəfli məhdudiyyətlərini tanımadığını və yalnız BMT sanksiyalarına əməl edəcəyini bəyan etmişdi.

Bununla belə, “Reuters” agentliyinin hindistanlı mənbələri əmin edir ki, hökumət nümayəndələri neft bazarının əsas oyunçuları ilə görüşərək, İranın “qara qızılana” alternativ axtarmağı təklif edib.

Xudaferin.eu

16:41