Güney Azərbaycanda dəşhət saçan edamlar

 

Ötən gün 6 nəfər milli fəalımız dar ağacından asıldılar
 

Edamlar İran mollakratiya rejimində Həsən Ruhaninin prezident seçilməsindən sonra gerçəkləşdirilib. Edam edilən şəxslər saxtakarcasına narkotik qaçaqmalçılığı və qətldə günahlandırılıblar. Toplam ölkə boyunca 12 nəfər edam ağaçalarından hamının gözü arşısında asılıblar. Asılanlardan 6 nəfərinin azərbaycanlı olduğu dəqiqləşib (1 məhkum Ərdəbil, 5 məhkum isə Təbriz zindanında).

İran mollakratiya rejiminin bunca antibəşəri siyasətinə qarşı çıxan və bunun üçün mücadilə aparan hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son iki gündə saxta ittihamlarla narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 50 yaşlı müttəhim Davər Həmdərd Ərdəbil zindanında, 30 yaşlı müttəhim Əbdülkərim Şəhnəvazi Zahidan həbsxanasında, adları bilinməyən daha 2 nəfər isə Ərak zindanında dara çəkiliblər. Həmçinin qətldə günahlandırılan 33 yaşlı müttəhim Mehrdad Əsgəri Kirmanşah həbsxanasında, adı açıqlanmayan daha bir müttəhim İsfahan zindanında, 5 müttəhim isə Təbriz həbsxanasında dar ağacından asılıblar.

Güney Azərbaycanın başkəndi Tərbiz zindanında edam edilənlərdən 3-ünün adları (Kazım Hicabi, Seyid Əli Musəvi və Cabir Fəxri) mediaya açıqlanıb. Edam edilən digər iki müttəhimin kimliyi haqqında məlumat yayılmayıb. Habelə, 30 il əvvəl qətl törətdiyinə görə edama məhkum edilən və zindandan qaçaraq 28 il gizli şəkildə yaşayan və həmin müddətdə ailə qurub bir neçə uşaq atası olan, iki il əvvəl isə yenidən tutulan daha bir müttəhim Güney Azərbaycanın Kərəc şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

09:20