Gülarə Əliyeva; Bərabər imkanların yaradılması vacibdir

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir.Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir.

Bu qonaqların sırasında ictimai sektorun ünlü simaları, tanınmış iş adamı olan xanımlar, Bakıda fəaliyyət göstərən diplomatik korpuslarda çalışan diplomat xanımlar, kulturologiya üzrə mütəxxəsislər, qadın azadlığı hərəkatını öyrənən alimlər vardır.İctimai və iş həyatında yüksək karyera qazanmış bu tanınmış adamlar `Yeni Nəsil Qadın Koalisiyası` üzvlərinin görüşünə gəlmiş, birlikdə maraqlı söhbətlətlər, müzakirələr keçirmiş, gənclərin çoxsaylı suallarına cavablar vermişlər.
Hazırda görüşlər, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu gün ictimaiyyətə `Yeni Nəsil Qadın Koalisiyası`nın daha bir üzvünü Gülarə Əliyevadır.Gülarə Radio Sharg-in aparıcıdır. Hər həftə  “Bədəvi” verilişindən müxtəlif mövzularla dinləyicilərinə səslənir.

-    Gülarə, məncə, bu, çox maraqlı iş olar…
-    Bəli, olduqca maraqlı işdir. Radio fəaliyyətim öz sahəmlə bağlıdır deyə mənim üçün maraqlıdır. Radioda fəaliyyət göstərməyə başladıqdan etibarən həm tanışlıq çevrəm böyüdü, həm də öz ixtisasıma marağım daha da artdı. Bundan əlavə sərbəst  tur bələdçisi olaraq da fəaliyyət göstərirəm. 
-    İndi sənin işin çox olar, Bakıda ərəb turistlərin sayı artıb.
-    Bəli, işimiz çoxdur və marqalıdır. Hər dəfə turustlərə öz mədəniyyətimiz haqqında məlumat verdikdə, sanki bütün bu uğurları yenidən yaşayırsan… xoş hisslərdir…
-    İşin çoxdur, bir tərəfdən də İctimai fəaliyyətin var... 
-    Bəli. İctimai fəaliyyət həyatımın ayrılmaz hissəsidir. Müxtəlif layihələrdə iştirak edirəm, bilik və bacarıqlar qazanmağa çalışıram.  British Council-un, Y-Peer  Azerbayijan –Həmyaşıd təhsili şəbəkəsinin, Gənclər fondunun təlimlərində iştirak edirəm. 
-    Gələcəyini harada görürsən; indi məşğul olduğun nələri davam etdirmək fikrindəsən?
-    Hələki fikirimi öz ixtisasım üzrə  olan işlərə və radioya cəmləmişəm. 
-    Sənin fikrincə, cəmiyyətimizdə qadının ictimai fəaliyyətinə nə mane olur?
-    Elə ən başda özləri. İnsana hərəkət etməkdə həmişə ona  daxilindəki “mən”  mane olur. Əvvəlcə, özümüzə inanmalıyıq  və nə istədiyimizi bilməliyik . Daha sonra isə pillə-pillə qalxmalıyıq , büdrəyəndə yenidən başlamağı bacarmalıyıq.
-    `Yeni Nəsil Koalisiyası`ndakı görüşlər sənə maraqlı gəldimi, indiyə kimi olan görüşlərdən ən çox yaddında qalan nə oldu?
-    Cəmiyyətdə  yerini tapa bilmiş, mənəvi gücü olan qadınlarla birlikdə müxtəlif görüşlər keçirilirdi. Onlarla fikir mübadiləsi aparmaq , yaxından tanış olmaq  çox xoş idi. Yeni tanışlar , dostlar  qazandıq.  Uğur hekayələrini dinləyərək , böyük motivasiya əldə etdik. 
-    Bəs təlimlər necə, maraqlı keçdimi, hansısa boşluqları doldura bildimi? Ümumiyyətlə, bilik və bacarıqları artırmaq baxımından nə qədər faydalı oldu?
-    Qeyd etdiyim kimi, hər görüş maraqlı idi.  Təimlərdə yeni biliklər qazanırdıq. Daha sonra bu bilikləri öz həyatmızda da tətbiq etdik.  Koalisiya görüşləri  cəmiyyətdə qadının rolu , onun cəmiyyətdəki yerini möhkəmləndirirdi.  Tarix boyu fərqliliklər, dəyişiklilər yaradan  qadınların  davamçısı olmaq bizim ən böyük məqsədimizdir. Bu məqsədi həyata keçirmək üçün bu biliklərin faydası olacaq, fikrindəyəm.

-    Kinoya gedirsən?
-    Kinoteatra çox az getmişəm  Adətən, xarici ölkələrin film festivallarına gedirəm. Teartırı isə çox  sevirəm. Kinolarda bir kadrı bir neçə dəfə çəkilir səhvləri düzəldirlər. Ancaq teatr-  burda hər şey canlıdı.  Obrazları ifa edən aktyorları seyr etmək möhtəşəmdir. Səhvlər yol verilməzdi,xəta baş verərsə geri qayıdış yoxdur. Həyat kimi... 
-    Demək, teatr həyat kimidir… maraqlı mülahizədir. İstirahət günlərini necə keçirirsən. Xobbin nədir. 
-    Tətillərimi , istirahətlərimi ailəmlə keçirməyi sevirəm. Gərgin iş həftəsindən sonra birlikdə həftə sonunu keçirmək çox gözəldi. Həmçinin gəzməyə çıxmaq vacibdir. Eləcə də, hər gün gəzintiyə çıxmaq vacibdir. Bağlı yerlərdə oturmağı sevmirəm. Müxtəlif  şeylərlə məşğul olmaq maraqlıdır.  Qış aylarında milsiz  şarf toxumaqla məşğul oluram, yemək - şirniyyat bişirməyi sevirəm. Bir də uşaqlarla birlikdə onlar üçün asan əl işləri düzəltmək, birgə vaxt keçirmək maraqlı olur.
-    Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin, əskiklərimiz nədir, biz nələri dəyişməliyik ki, inkişaf etmiş, qadın iştirakçılığı mükəmməl olan bir cəmiyyətə çevrilək?
-    Hər şey ailədən başlanmalıdı. Qadın iştirakçılığının artırılması qızlara evdəki münasibətdən başlayır. Qızlarla oğlanlar arasında fərq qoymamaqdan başlayır.Ailə həm qızların, həm oğlanların məktəbə getməsinə, yaxşı təhsili almasına çalışmalıdır. Valideynlər övladlarına daha çox zaman ayırıb onlarla məşğul olmalı və onların fikirlərini dinləməlidir.  Müasir dövrümüzdə o qədər çox imkanlar yaranırki, çalışmalıyıq hamısından faydalanaq. Müəllimlər də  cəmiyyətin inkişafında valideynlər qədər rol oynayır.  Keyfiyyətli təhsilimiz,  fədakar pedaqoqlarımız olmalıdır. Məktəblilərin şəxsiyyətinə hörmətlə yanaşılmalıdır. Eləcə də evdə… uşaqdır deyib saymazlıq etmək olmaz. Məhz buna görə ailə münaasibətlərində və təhsilimizdə islahatlar olmalıdır. Məncə,  qadın iştirakçılığı bu kimi dəyişikliklərlə artacaqdır.
-    Gələcəklə, təhsillə, işlə bağlı nə kimi planların var?
-    Bu günlərdə  gənclərin təhsil ardıycaAvropaya axını daha da artıb. Bunun  bir çox səbəbləri var.  Təhsildə kifayət qədər boşluqların olması, işsizliyin artması… Mən də elmi və ictimai gücümü artırmaq üçün Avropa təhsili almaq istəyirəm. Hətta bir müddət xaricdə işləmək istəyirəm. Sonraqayıdıb  ölkəmizə, təhsilimizə töhfə vermək istəyirəm.  Öz cəmmiyyətim üçün  faydalı fərd olmaq istəyirəm.hər kəsə dəyər verilən bir cəmiyyətin quruculuğunda iştirak etmək istəyirəm.
-    Bizə hansı dəyişikliklər lazımdır ki, daha yaxşı mühitimiz olsun?
-    Daha çox bərabər imkanların yaradılması vacibdir.  İnsanların həyatı çətinləşməməli , asanlaşmalıdır.  Cəmiyyətdə  hər kəs bərabər hüquqlu olsa da bərabər imkanlara sahib deyil. Hər kəsə eyni imkanları yaratmağa çalışmalıyıq .Təhsildə , cəmiyyətdə, iş yerlərində. Yeni bir komanda və ya iş qurduqda təkcə  ən yaxşıları, profesionalları axtarmamalıyıq. Yeni başlayanların da, gənclərin və qadınların da iştirak etməsinə imkanlar yaratmalıyıq. Bu çox az rast gəldimiz haldı. Heç kim sıfırdan komanda qurmaq istəmir. Ancaq  Azərbaycan Ərəbşünaslar Şəbəkəsi tərəfindən yaradılan Radio Sharg-da  fəaliyyətə başladıqda heç birimizin təcrübəsi yox idi. Biz öyrənə-öyrənə  təcrübəli şəxsə çevrilirik. Artıq araşdırma aparmaq, nitq qabiliyyəti, dil bacarıqlarımız xeyli inkişaf edib.  İnsanlar birdən-birə təcrübəli olmur çalışaraq təcrübə yığılır.Radio Sharg-da artıq 7 aydırki fəaliyyət göstərirəm .Çalışıram  cəmiyyətimizdə  şərq xalqlarına, xüsusilə ərəblərə  qarşı olan fikirləri dəyişim. Apardığım verilişdə hər həftə  müxtəlif mövzulara müraciət edirəm.  Mədəniyyətindən, tarixinə, vətəndaş cəmiyyətinə qədər müxtəlif mövzularda danışmışam. Ümüd edirəm  az da olsa dəyişiklik yaradıram. Bu da mənim cəmiyyətə verdiyim yeni təcrübələr töhvəmdir. Axı yaxşı dəyişikliklər üçün bütün təcrübələr haqqında məlumatlı olmağın faydası var.
-    Koalisiya çərçivəsində keçdiyin təlimlər sənə hansısa bir yol göstərirmi, dəyişikliklər etməyə yardım edə bilərmi?
-    Təlimlərdə  cəmiyyətimizinhəm  biznes sahəsində və həm də karyerasında uğurlu olan qadınları  ilə tanış olduq.  Uğurun sirlərini,çətinliklərlə mübarizə aparmağın insanı daha da gücləndirdiyini öyrəndik. Ən çox yadımda qalan bir fikir oldu; Uzun müddət məşğul olduğumuz işi  yarımçıq qoyub, yeni bir işə başlamaq qorxulu deyil . Dəyişiklik həmişə özü ilə yaxşı nəticələr gətirir.
- Gələcəyini parlaq qurmaq üçün sənə nə lazımdır?
- Parlaq gələcəyə inanmaq və çalışmaq vacibdir. Hər şeyin daha yaxşı olacağına inanıb, daha çox çalışmalıyam.
- Nələr əldə etsən özünü xoşbaxt sanacaqsan?
- Özümü xoşbəxt sanıram və bunun üçün çox ciddi əsaslarım var. Daha xoşbəxt olmaq üçün isə qarşıma qoyduğum məqsədlərimə çatmalıyam, gələcəyimi və karyeramı daha gözəl qurmaq üçün daha çox çalışmalıyam.

Xudaferin.eu

23:02