Gəncədə “Seni seviyorum adamım” filminin nümaiyşi

 

Gəncə şəhərində 5 ildir fəaliyyət göstərən “Cine Club” öz ətrafına yüzlərlə gənci toplaya bilib. Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsinin təbliği məqsədi ilə təşkil edilən “Cine Club”da hər həftənin şənbə günü maarifləndirici filmlər nümayiş etdirilir.

Bu dəfə “Cine Club”-da gənclər üçün türk rejissor Biray Dalkıranın “Seni seviyorum adamım” filmi nümayiş olunub. Gizem Karaca, Barış Kılıçın baş rollarda oynadığı film iki gəncin sevgisindən və ata ilə qızının hekayəsindən bəhs edir. Filmdə həmçinin tanınmış aktyorlardan Yıldız Kültür, Asuman Dabak, Murat Serezli, Serhat Özcan və başqaları da rol alıblar. Romantik komediya janrında olan film 21 noyabr 2014 –cü ildə vizyona çıxıb və vizyonda qaldığı müddətdə 146.882 nəfər tərəfindən böyük maraqla izlənilib.

Onu da qeyd edək ki, “Cine Club”da gənclərin istəyi ilə ən çox səs toplayan film nümayiş etdirilir.

Cəmilə Kərimova
Gəncə

 

09:22