Gəncədə Cavad xan anıldı

Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xan gəncəlilər tərəfindən anılıb. Anım mərasimində Gəncə şəhər ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olması ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Cavad xanın türbəsi önündə anım mərasimi təşkil olunub. Anım mərasiminə şəhər ziyalıları və ictimaiyyət nümayəndələri qatılıb.

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev giriş sözü ilə xalq qəhrəmanının şücaətindən danışaraq, onun Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib. Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov bildirib ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın 1804-cü ilin yanvarın 3-dən 4-ə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmasından danışıb.
Daha sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək, ehtiramla anıblar. Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2004-cü ildə inşa olunub.

Xudaferin.eu
“Gəncə Bürosu”

14:12