Gənc rəssam Milena Nəbiyevanın fərdi sərgisi açılacaq

Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi açılacaq. Muzeydən bildirilib ki, sərgi fevralın 11-dək davam edəcək.

Milena Nəbiyevanın əsərləri sırasında milli dəyərlərimizə söykənən təsvirlər xüsusi yer tutur. Yaratdığı rəngkarlıq nümunələri rəssamın incə zövqü ilə yanaşı, düşüncələrini və daxili aləmini də əks etdirir.
Qeyd edək ki, çox gənc olmasına baxmayaraq, Milena Nəbiyeva müxtəlif janlarda bir rəssam kimi öz ideyalarını rənglərin dili ilə və palitranın hüquqlarını aşaraq bir-birindən maraqlı sənət əsərlərinin müəllifi kimi tanınmışdır.

Xudaferin.eu 

14:43