Gənc ifaçıların konsert proqramı anşlaqla keçib

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında AzTV-nin solistlər - Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə konsert proqramı ilə çıxış ediblər. Tədbir “Mədəniyyət” kanalının və Filarmoniyanın təşkilatçılığı ilə reallaşıb.

Konsertdə "Arşın mal alan" operettasından müqəddimə, "Yar incidi", "Oxu tar", "Getmə", "Naxçıvan təranələri", "Gözünə qurban", "Vağzalı çalınır", "Ay günahkar əzizim", "Vətənimdir", "İnanmaram", "Oxu gözəl", "Sənə də qalmaz", "Aldatmayaq bir-birimizi", "Telli", "Yandım elə yandım", "Ceyranım gəl", "Azərbaycanım" və digər xalq və bəstəkar mahnıları səslənib.

İfaçıları Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq-çalğı alətləri orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru əməkdar artist Faiq Sadıqovdur.

Xudaferin.eu
“Bakı Bürosu”

09:43