Gənc baleron “Yay gecəsində yuxu” baletində Oberon obrazını canlandıracaq

Fevralın 22-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Feliks Mendelson Bartoldinin “Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək. Teatrdan bildirilib  ki, səhnə əsərində Oberon obrazını gənc balet artisti Timur Əsgərov canlandıracaq. T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. T. Əsgərov 2017-ci ilin ilk günlərindən başlayaraq uğurlu çıxışlarını davam etdirir. Belə ki, yanvarın 3-də onun Mariya Teatrının səhnəsində “Zoluşka” baletində ilk dəfə yaratdığı Şahzadə obrazı maraqla qarşılanıb.

Xudaferin.eu

14:23