Əlixan Səmədovun balabanda ifa etdiyi bir çox məşhur mahnıları, o cümlədən “Sən gəlməz oldun”u Civan Qasparyan balabanda təkrarlayaraq, öz adına çıxarıb. Onun oğurladığı Azərbaycan mahnıları sırasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” var.
Əməkdar artist Lalə Məmmədovanın məşhur “Məktəb illəri” mahnısı da erməni müğənnilər tərəfindən oğurlanıb.
Ötən il isə tarixən türk mahnısı kimi tanınan “Ninnə yarım” mahnısı ermənilər tərəfindən ifa edilərək, onlara məxsus mahnı kimi təqdim olunmuşdu. Xatırladaq ki, bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur “Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq, internet resuslarında öz adlarına çıxartmışdılar.
ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarlarının əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.
Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur “Yerevan” mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdi.
Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu “Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.
Bir faktı da qeyd edək ki, Xaçaturyanın “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi” və digər rəqslərin əslində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.
Tarixən dövləti olmayan ermənilər Azərbaycan torpaqlarını minbir hiylə ilə işğal edib özlərinə iki dövlət qurdular. Təkcə bumu? Ermənilər əsrlər boyu Azərbayca xalqının musiqisini, mətbəxini də öz adlarına keçirməyi bacardılar.
Xudaferin.eu oxucularına ermənilərin oğurladığı mahnı və rəqslərimizi təqdim edir:
Ermənilərin oğurladığı Azərbaycan musiqiləri

18:31
Digər xəbərlər