Dövlət bağımsızlımızın bərpasının 25 illiyi sərgisi

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustalarının 100-dək sənət əsəri yer alıb. Sərgidə vətənpərvərlik və dövlətçilik mövzusunda olan əsərlərin məna və məzmun baxımından mükəmməlliyinə toxunan F. Xəlilov təqdim edilən hər bir işin özəlliyini xüsusi vurğulanıb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Üç gün davam edəcək sərgidə müstəqilliyimizin bərpasından bu günədək dövlətimizin qazandığı uğurların, torpaqlarımızın azadlığı uğurunda canlarından keçmiş Vətən övladlarının qəhrəmanlıqlarının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında rəsm əsərləri nümayiş etdirilir.

Xudaferin.eu

20:55