Daşkənddə Arif Məlikovun “İki qəlbin dastanı” baletinin təqdimatı olub
Əlişir Nəvai adına Daşkənd Dövlət Akademik Opera və Balet Teatrında uzun illərdən sonra yenidən səhnəyə qayıdan Azərbaycanın xalq artisti Arif Məlikovun “İki qəlbin dastanı” baletinin təqdimatı olub.
Görkəmli dövlət xadimi və şair Şərəf Rəşidovun anadan olmasının 100 illiyinə həsr edilən tamaşada diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Baletin musiqi rəhbəri və dirijoru Özbəkistanın əməkdar mədəniyyət işçisi Fazliddin Yakubcanov, xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi İqor Çernışov, tamaşanı bərpa edən baletmeyster Qaraqalpaqstanın xalq artisti Zamir Nurımbetov, məsləhətçi baletmeysteri Rusiyanın əməkdar artisti Azariy Pliseski, quruluşçu rəssamı Zubaydulla Batırovdur. Əsas rolları Nadira Xamraeva, Behzod Akimbaev, Zamir Fazlutov və başqaları ifa edib.
Xatırladırıq ki, bu əsər Daşkənd teatrında 1982-ci ildə tamaşaya qoyulub, truppa “İki qəlbin dastanı” baleti ilə 1983-cü ildə Moskvada qastrolda olub. Sonra uzun illər səhnədən düşməyib. Qeyd edək ki, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti də uzun illərdir teatrın repertuarındadır.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”
09:31
Digər xəbərlər