Çexiya həbsxanalarında mühafizələr olmayacaq

 

Çexiyanın İrjitse qəsəbəsində (Nimburk şəhəri yaxınlığında) “açıq həbsxana” adlı pilot layihəsinə start verilib. Penitensiar sistemin bu müəssisəsində məhbuslara nəzarət edən mühafizəçilər olmayacaq. Burada həbsxana əməkdaşlarından yalnız tərbiyəçilər və ya psixoloqlar olacaq.

Bu həbsxananın məqsədi - orada cəza çəkən məhbusları azadlıqda həyat sürməyə hazırlamaqdır. Layihənin birinci mərhələsində eksperimental həbsxanada 32 məhbus saxlanacaq. Əgər bu eksperiment uğurlu olsa, belə təcrübəni başqa həbsxanalara da tətbiq etmək, bu cür məhkumların sayını 100 nəfərə çatdırmaq nəzərdə tutulur. Layihədə yalnız cəzaçəkmə müddəti sona çatmağa yaxınlaşan məhbuslar iştirak edə biləcəklər. Həbsxana kompleksi müşahidə kameraları ilə təchiz olunub, binanın ətrafına beton hasar çəkilib. Gələcəkdə orada dekorativ bağ salınması nəzərdə tutulur.

Xudaferin.eu
“Avropa Bürosu”

10:12