Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları 4. Yazı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Bu yazı 2011-ci ilin noyabrın 19-da qurulmuş
Bütöv Azərbaycan Ocaqlarının (BAO)
on illik yubileyinə ərmağan olunur
Dünya azərbaycanlılarının bir araya gəlməsi və problemlərinin həlli istiqamətində tanınmış dövlət
xadimi, 1993-2003-cü illər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin də mühüm xidmətləri
olmuşdur. On il müstəqil Azərbaycan dövlətinin başçısı olmuş H.Əliyev Dünya Azərbaycanlılarının
Həmrəylik Günü Münasibətilə xalqa ünvanladığı müraciətlərində hər dəfə xüsusilə vurğulayırdı ki,
Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. H.Əliyev 1996-cı il
dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə xalqa ünvanladığı müraciətdə
deyirdi: “Suverenliyimiz daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından
asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi,
sarsılmaz həmrəylik tələb olunur. Zaman-zaman qəlbimizdə yaşatdığımız müstəqillik və azadlıq ideallarının
həyata keçdiyi bu tarixi sınaq anlarında dünyanın müxtəlif guşələrində soydaşlarımızın Vətən
təəssübkeşliyinə, övladlıq haqqına daərin inamını ifadə edərək, Sizi azad, müstəqil, qüdrətli, demokratik
Azərbaycan dövləti uğrunda səfərbər olmağa və milli həmrəyliyə çağırıram”. 1
H.Əliyev 1997-ci ilin dekabrında da Azərbaycan xalqına etdiyi müraciətində bir daha qeyd edirdi ki,
dünyanın bütün ölkələrində yaşayan və qəlbi doğma Azərbaycanla bir döyünən həmvətənlərimizin də
xalqımızın milli azadlıq mübarizəsində, ölkəmizin tərəqqisi və inkişafı yolunda önəmli xidmətləri vardır. O
qeyd edirdi ki, bütün azərbaycanlılarda, bu və ya digər tellərlə bağlı olan hər bir şəxsdə azərbaycançılıq,
vətənpərəvərlik hissləri, tarixi torpağımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamaq hamımızın
ümdə vəifəsidir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma
Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini
heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarix, qədin zəngin
mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında
Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur”. 2
Bizcə, H.Əliyev 1998-ci ilin dekabrında Azərbaycan xalqına etdiyi müraciətində isə Dünya
Azərbaycanlılarının birliyi ideyası məsələsinə bir az da aydınlıq gətirmişdir. 21-ci əsrin astanasında Dünya
Azərbaycanlılarının həmrəyliyinə daha çox ehtiyac olduğunu deyən H.Əliyev bildirirdi ki, sayca dünyanın ən
iri millətləri ilə müqayisə olunan xalqımızı qarşıdan gələn yüzillik və minillikdə ciddi və müqəddəs
mübarizələr gözləyir: “Biz nəinki təkcə müstəqil Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmlənməsi və
inkiaf etməsi uğrunda, eyni zamanda bütün dünya azərbaycanlılarının milli hüquaqlarının, tarixi haqlarının
həyata keçirilməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz
azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini,
xalqını sevən hər bir soydaşımız və ya digər tellərlə bağlı ölkəmizə bağlı olan hər bir şəxs Azərbaycan
dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənsevərlik hissləri ilə tarixi torpaqlarımıza,
yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır. Vətənimizin, respublikamızın taleyi hər bir
azərbaycanlının taleyinə çevrilməlidir”. 3
Qeyd edək ki, Heydər Əliyevin sərəncamı ilə 2001-ci ilin 9-10 noyabrda Bakı şəhərində Dünya
Azərbaycanlılarının 1-ci Qurultayı keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının üzvləri müəyyənləşdirilmiş və H.Əliyev Şuranın sədri seçilmişdir. Dünya Azərbaycanlılarının 1-ci
Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil
etməklə 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Noyabrın 9-da Qurultayın ilk iş günündə çıxış edən
H.Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və
qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir. O, dünya azərbaycanlıları arasında milli birliyin və
həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin
mökəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, ana dilimizin və
milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir.
H.Əliyev deyirdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı
kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mınsubiyyətlərini itirməmişlər.
Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi
dəyərlərimizdir, milli mədəniyyətimzidir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz
mahnılarımız, xalqımız mıənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq,
gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar – mən
azərbaycanlılar haqqında danışıram – gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada
özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq
olsunlar. Bizim hamımız birləşdirən mıhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra
azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün
əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini
qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. 4
Qurultay öz işini 8 komissiyada – İnsan hüquqları və beynəlxalq əlaqələr, Ana dili və
Azərbaycanşünaslıq, Elm və təhsil, Mədəniyyət, İqtisadi əlqalər, Gənclər və idman məsələləri, Ermənistanın
Azərbaycan təcavüzünün aradan qaldırılması məsələləri, KİV və informasiya mübadiləsi komissiyalarında
davam etdirmişdir. Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasını və onun
23 nəfərdən ibarət İdarə Heyətini, İdarə Heyətinin sədrini və dörd müavinini seçmişdir.
Dünya Azərbaycanlılarının 2-ci Qurultayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə 2006-cı il martın 16-da yenə də Bakıda keçirilmişdir. Bu qurultayda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri
seçilmişdir. 2-ci Qurultayda 49 xarici dövlətdən 593 nümayəndə, 388 nəfər qonaq, ümumilikdə 1231 nəfər
iştirak etmişdir.
Dövlət başçısı İ.Əliyevin qurultaydakı nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspora
quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri
müəyyənləşdirmişdir. Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun
yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin
konseptual əsaslarının milli dövlətçilik ideologiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini
daha dəqiq qiymətləndirmək imkanı yaratmışdır. İ.Əliyev nitqinin sonunda demişdir: “Azərbaycan xalqı
böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var-
Azərbaycan. Çalışmalyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə
çevirək”. 5
Qurultayda Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi
məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla bağlı xüsusi müddəanın daxil edilməsi
böyük uğur kimi dəyərləndirlə bilər. Hər halda Azərbaycan və Türkiyə diaspora təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsivə bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi yeni mərhələnin əsas
vəzifələrindən biridir.
İlham Əliyev 2006-cı ilin aprelində ABŞ-ın Vaşinqton şəhərində keçirilən Beynəlxaql Münasibətlər
Şurasındakı görüşdə də bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində 50 milyondan çox azərbaycanlı
yaşayır, o cümlədən İranda xeyli sayda etnik azərbaycanlı yaşayır və onların hamısının taleyi bizim üçün çox
vacibdir. 6 Dövlət başçısı İ.Əliyev bir gün sonra Vaşinqtonda Azərbaycan ismasının üzvləri ilə baş tutan
görüşdə isə bildirib ki, Azərbaycan xalqı böyük xalqdır: “50 milyonluq Azərbaycan xalqı dünya miqyasında
böyük xalqdır, istedadlı xalqdır. Alimlərimiz, yazıçılarımız, şairlərimiz, sərkərdələrimiz bizim tarixi
şəxsiyyətlərimizdir. Gərək bunu hamı bilsin. Bütün dünya bunu bilməlidir və biz də gərək bir olaq”. 7
Dünya Azərbaycanlılarının 3-cü Qurultayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə 2011-ci il iyulun 5-6 da yenə də Bakıda keçirilmişdir. Dünya Azərbaycanlılarının 2-ci
Qurultayında 42 xarici dövlətdən 579 nümayəndə və 211 nəfər qonaq, ümumilikdə 1272 nəfər iştirak
etmişdir. Dövlət başçısı İ.Əliyev qurultaydakı çıxışında bildirmişdir ki, dünya azərbaycanlılarının birliyi
Azərbaycan dövlətini daha da gücləndirir, möhkəmləndirir: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların
Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim
ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün
azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Aəzrbaycan dövləti
dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Dünya Azərbaycanlılarının 4-cü Qurultayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə 2016-cı il iyulun 3-4 də keçirilmişdir. Dövlət başçısı İ.Əliyev qurultaydakı çıxışında bir sıra
mühüm məsələlərə toxunmuş, hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının Prezidenti olduğunu
xüsusilə vurğulamışdır.
Ümumiyyətlə, dövlət başçısıının həm Qurultaylarda, həm Dünya Azərbaycanlıları ilə görüşlərdə
səsləndirdiyi: “Mən, yalnız 9-10 milyonluq Azərbaycan Respublikasının deyil, 50 milyonluq dünya
azərbaycanlılarının Prezidentiyəm”sözü, onun uzaqgörənliyindən xəbər verir. Hər halda dövlət başçısının
“Mən 50 milyonluq dünya azərbaycanlılarının Prezidentiyəm”, sözü yalnız Quzey Azərbaycanda deyil,
Güney Azərbaycanda da böyük əks-səda doğurmuş, İlham Əliyevin bu sözləri Dünya Azərbaycanlılarının
Qurultaylarında, Dünya Azərbaycanlıları Konqreslərində, ayrı beynəlxalq və yerli konfranslarda, mətbuat
səhifələrində, televiziyalarda dəfələrlə səsləndirilmiş, xatırlatılmışdır.

Xudaferin.eu
14:52