Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları 3. Yazı

                         AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
                         elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Bu yazı 2011-ci ilin noyabrın 19-da qurulmuş
Bütöv Azərbaycan Ocaqlarının (BAO)
on illik yubileyinə ərmağan olunur

Bütöv Azərbaycan dövlətinin qurulmasını isə Əbülfəz Elçibəy üç strateji mərhələyə (hazırlıq,
müstəqillik, bütövləşmə) ayırmışdı. Elçibəyə görə bu üç strateji mərhələlər: hazırlıq, yəni millətləşmə,
Güney Azərbaycanın müstəqillik mərhələsi, yəni dövlətləşmə və bütövləşmə, yəni iki Azərbaycanın
birləşməsindən ibarət olmalıdır. Həmin mərhələlər daha geniş şəkildə isə aşağıdakı kimi izah olunmuşdur:
1. Hazırlıq mərhələsi (millətləşmə). Bu strateji mərhələdə ilk öncə türk milli kimlik şüuru güclənib
dərinləşməli, beyinlərdə oturuşmalı, kütləviləşməlidir.
Bu mərhələdə həmçinin üç sütunlu milli təşkilatlanma - Quzey, Güney Azərbaycan və xaricdə yaşayan
Azərbaycan türkləri - sistemi qurulub başa çatmalı, intensiv və səmərəli fəaliyyət göstərməli, milli güc bir
araya gətirilərək eyni hədəfə doğru yönəldilməlidir. Azərbaycanın ərazi və milli bütövlük problemi qlobal
siyasətin gündəliyinə çıxarılmalı və beynəlxalq dəstək qazanılmalıdır.
Azərbaycanın Quzeyində dövlət müstəqilliyi daha da möhkəmlənməli, Milli Dövlət quruculuğu və
demokratikləşmə dərinləşməli, siyasi, iqtisadi, hərbi, sosial, mədəni və elmi-texniki sahələrdə irəliləyiş
olmalı, əhalinin həyat səviyyəsi yüksəlməli, Azərbaycan Respublikasının beynəlxalq əlaqələri genişlənməli,
strateji tərəfdaşlarımızla iş birliyi güclənməlidir.
2. Güney Azərbaycanın müstəqillik mərhələsi (dövlətləşmə). Biz Güneydə gedən proseslləri nəzərə
alaraq bu mərhələyə daha böyük önəm veririk. Bu strateji mərhələdə milli azadlıq hərəkatı başlayıb Güney
Azərnaycanda istiqlaliyyət qazanılmalı və Müstəqil Dövlət qurulmalıdır.
Quzey Azərbaycan Respublikası bu milli-azadlıq hərəkatını tam dəstəkləməli, qurulacaq Müstəqil
Dövləti hərtərəfli müdafiə etməli və onun beynəlxalq aləmdə tanınmasına çalışmalıdır.
3. Bütövləşmə mərhələsi. Bu strateji mərhələdə əlli və ya altımış milyonluq Azərbaycan xalqının
Ümumxalq referondumu müsbət rəy bildirdikdən sonra iki Azərbaycan Dövlətinin parlamentlərinin
birləşmiş, komissiyası yaradılmalı və Azərbaycanın bütövləşib vahid dövlətə çevrilmə mexanizmi
hazırlanaraq həyata keçirilməlidir.
Bütün bunları gerçəkləşdirmək üçün tarixi səhvlərimizi saf-çürük etməli,görəcəyimiz işləri düzgün
müəyyənləşdirməli, bütün başlıca görüşlərimizi uyğunlaşdırmalı, başlıca prinsiplərimizi ortaya qoymalı,
xalqımızı hazırlayaraq mərhələ- mərhələ tələsmədən və gecikmədən hədəfə doğru irəliləməliyik. 1
Bütün hallarda Elçibəy inanırdı ki, indiki “İran” gec-tez Təbrizin bir yumruğu ilə dağlacaq, 2
Azərbaycanın güneyi müstəqil olduqdan sonra Azərbaycan Birləşmiş Respublikası, ya da Azərbaycan
Federal Respublikası yaranacaqdır. 3
1998-2003-cü illərdə BAB Sədrinn İdeoloji işlər üzrə müavini, sonra isə BAB Mərkəzi Şurasının sədri
vəzifələrini tutumuş Arif Rəhimoğlu hesab edirdi ki, bununla da müəllifi Elçibəy olan Bütöv Azərbaycan
ideyasının yaxın – orta – uzaq vədəli strateji hədəfləri aydınlaşmış, nəzəri-ideoloji hazırlığın ana xətləri
dəqiqləşdirilmiş və Quzey Azərbaycanda, Güney Azərbaycanda, soydaşlarımızın yaşadığı xarici ölkələrdə
görüləcək işlər müəyyənləşdirilmişdir. 4 A.Rəhimoğluna görə, 40 milyondan artıq sayı olan xalqımız
içərisində eyni bir milli kimlik şüurunun biçimləndirilməsivə Bütöv Azərbaycan ideyasının bu şüurun
predmetinə çevrilməsi Bütöv Azərbaycan strategiyasının bel sütununu – təməlini təşkil edir. Ona görə
bilərək, yaxud bilməyərək bu təməlin inkarı əslində Bütöv Azərbaycan ideyasının inkarı deməkdir. O,
yazırdı: “Milli kimlik şüuru təqdim olunan səviyyədə bəsit bir anlayış deyil. Bu şüurun mövcudluğu üçün 40
milyondan artıq sayı olan xalqımız içərisində: 1. eyni bir dil şüurunun; 2. eyni bir tarix şüurunun; 3. eyni bir
mədəniyyət şüurunun; 4. eyni bir Vətən şüurunun; 5. eyni bir siyasi məfkurə şüurunun; 6. eyni bir
1 Qasımlı Aydın. Türklər. Bakı, “E.L.” NP şirrkəti MMC, 2012, s.118
2 Elçibəy Əbülfəz. Bütöv Azərbaycan yolunda., Bakı, “Nurlar”, 2004, s.270
3 Elçibəy Əbülfəz. Bütöv Azərbaycan yolunda., Bakı, “Nurlar”, 2004, s.275
4 Rəhimoğlu A. Bütövlük qibləsinin Elçibəy yolu. Bakı, Elm və təhsil, 2016, s.30

2
demoqrafik Vətən şüurun; 7. eyni bir iqtisadi şüurun və s. varlığı gərəkdir. Milli kimlik şüurumuzun bu
tərkib hissələrindən hər birinin ümum xalqımız içərisində formalaşması və Bütöv Azərbaycan ideyasının
onların predmetinə çevrilməsi gərgin fəaliyyət tələb edən açır bir surəcdir. Lakin tək qurtuluş və bütövlük
yolumuz da məhz budur. Çünki milli kimlik şüuru milli gücün təməlini təşkjil edir və milli gücün səviyyəsi
birbaşa milli kimlik şüurunun səviyyəsindən asılıdır”. 5
A.Rəhimoğluna görə, Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi üçün, milli kimlik şüurunun
biçimlənməsi və buradakı millətləşmə prosesində ədəbi dil anlayışı mühüm yer tutur. Onun fikrincə, burada
ilk növbədə vahid xalqın danışıq dilinin inkişafı, vahid əlifba sorununun həlli vacibdir. 6 Milli dil
məsələsindən sonra, Vətən anlayışının üzərində dayanan Rəhimoğlu hesab edir ki, toplumun millətə
çevrilməsi üçün onun bəlli bir coğrafi hüdud (Vətən) daxilində yaşaması, yaxud kütləvi olaraq buna can
atması əsas şərtlərdən biridir: “Millətləşmiş toplum gec-tez milli dövlətini quraraq öz etno-coğrafi
hüdudlarını siyasi hüdudlara çevrir və ya bu yöndə daim mübarizə aparır. Milətləşməmiş toplum isə nəinki
öz milli dövlətini qurmağa laqeyd yanaşır, hətta öz etno-coğrafi hüdudlarının başqa etnosun əlində olmasına
belə dözər və taleyi ilə razılaşıb qismətinə boyun əyər. Lakin toplumu bu qəflət yuxusundan ayıltmağa
yönəlmiş ayrı-ayrı şəxslərin və qrupların fəaliyyəti uyğun şərait yetişincə kütləviləşir və toplumun qurtuluş
yolu olan millətləşmə sürəci (prosesi) başlayar”. 7
Ə.Elçibəy tərəfindən formulə edilən “Millətləşmə, Dövlətləşmə, Bütövləşmə”, ya da “Bütövləşmə,
Millətləşmə, Dövlətləşmə!” devizlərində bir qədər fərqliliyə baxmayaraq, əslində hər ikisinin öz
mahiyyətinə doğru olduğunu yazan A.Rəhimoğluna görə, “bütövləşmə” anlayışı birinci anlamda siyasi-fiziki
birliyi, ikinci anlamda isə fikirdə, şüurda bütövlüyü (milli birlik) ifadə edir. O, yazırdı: “Göründüyü kimi, a)
variantında devizin məntiqi aırlığı millətləşmə anlayışı üzərinə, b) variantında isə devizin məntiqi ağırlığı
məsələlərə “bütövlük özülündən yanaşma” şərti üzərinə düşür. Birincidə necəliyi bəlirlənməyən millətləşmə
başlanğıcına söykənirlir ki, sonda dövlət qurulsun və birləşsin, ikincidə isə bütövləşmə (“bütövlük özülündən
yanaşma”) başlanğıcı əsas götürlür ki, sonda millətləşmə də, dövlətləşmə də bu bütövlük özülü üzərində
yüksələ bilsin”. 8
Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından (2000) bir müddət keçdikdən sonra BAB-ın fəaliyyəti
nisbətən zəifləsə də, son illərdə aktivləşməyə başlamışdı. Hazırda BAB-ın Rəyasət Heyətinin sədri Aqil
Səmədbəyli təşkilatın öz nüfuzunu və fəaliyyətini bərpa etməsi yolunda çalışmaqdadır.
2000-ci illərin sonlarına doğru BAB-ın fəaliyyətinin zəifləməsi, ya da tamamilə dayandırması fonunda
Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda yeni təşkilatların yaranmasını zərurəti ortaya çıxdı. Bu
hədəfi, müqəddəs Bütöv Azərbaycan ideyası yolunu tutmuş qurumlardan biri kimi Bütöv Azərbaycan
Ocaqları (BAO) 2011-ci ilin noyabrında “Rəsulzadə-Elçibəy Ocağı”nın bazasında ictimai təşkilat kimi təsis
olunmuşdu. 9 “Rəsulzadə-Elçibəy Ocağı” 2000-ci ilin axırlarında millətçi Azərbaycan gəncləri tərəfindən
yaradılmış və milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olan dərnək
xarakterli təşkilat olmuşdur. Təşkilatın ilkin Təşəbbüs Qrupu 2011-ci ilin noyabrın 19-da əvvəlcə özünü
“Böyük Azərbaycan Ocaqları” kimi elan etmişdir. Ancaq Təşəbbüs Qrupunun 5 iyun 2012-ci il toplantısında
təşkilatın “Bütöv Azərbaycan Ocaqları” adlandırılması qərarına gəlinmişdir.
Eyni zamanda 2012-ci ilin noyabrında BAO-nun 11 nəfərlik İdarə Heyəti yaradılmış və Zahir Əlisoy
təşkilatın başqanı seçilmişdir. Daha sonrakı illərdə BAO-nun gənclik qolu (2013), Dil və Tarix Qurumu
(2014), Mərkəzi Şurası (2014), BAO TV (2014), BAO-nun Türkiyə təmsilçiliyi (2015) yaradılmışdır.
BAO-nun ilk təsis konfransı 2014-cü ilin mayında gerçəkəşmiş, 19 noyabr 2016-cı ildə isə Birinci
Qurultayı (Qurultay səlahiyyətli Ümumi Yığıncaq) keçirilmişdir. İlk Qurultayda keçirilən səsvermələr
nəticəsində BAO-nun başqanı yenidən Zahir Əlisoy, Mərkəzi Şuranın sədri Paşa Həsənli, Mərkəzi Nəzarət
Təftiş Komissiyasının sədri Yusif Baba seçilmişdir. BAO başqanınən təyinatları əsasında ideologiya
məsələləri üzrə müavin Dilavər Əzimli, Türk dünyasıyla əlaqələr üzrə müavin Faiq Ələkbərli, siyasi
məsəslələr üzrə müavin Alı Balayev, təşkilat məsələlər üzrə müavin Araz Şamil təyin olunmuşdur.
31 yanvar 2021-ci il tarixində BAO-nun İkinci Qurultayı (Qurultay səlahiyyətli Ümumi Yığıncaq)
keçirilmişdir. 2-ci Qurultayda da BAO başqanı olaraq Zahir Əlisoy seçilmiş, yeni rəhbərlik və Mərkəzi Şura
formalaşmışdır. Yeni rəhbərlikdə başda Z.Əlisoy olmaqla, eyni zamanda Faiq Ələkbərli, Zəkulla Bayramlı,
Elvin Abdulla, Babək Türkoğlu, Eldəniz Şamlı, Seymur Mürsəl, Samir Xancan, Alı Balayev və başqaları yer
almışlar.
Qeyd edək ki, BAO-nun qarşısına qoyduğu millətləşmə, bütövləşmə və dövlətləşmə prinsiplərinin
həyata keçirilməsində Aydın Mədətoğlu, Mehriban Vəzir, Firudin Ağasıoğlu, Eldəniz Şamlı, Zəkulla
Bayramlı, Fəzail İsmayıl Böyükkişi, Şahlar Hacıyev və başqa ziyalılarımız yaxından iştirak etməkdədirlər.

5 Yenə orada, s.35-36
6 Rəhimoğlu Arif. İdeologiya. Bakı, Elm və təhsil, 2017, s.137-150
7 Yenə orada, s.151
8 Rəhimoğlu A. Bütövlük qibləsinin Elçibəy yolu.Bakı, Elm və təhsil, 2016, s.115
9 Ədilli Şirvani. Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslamlıq. Bakı, Elm və təhsil, 2013, s.141

3
Yeri gəlmişkən, 2021-ci ilin martında tanınmış ziyalımız, tarixçi alim Dilavər Əzimlinin koranavirus
epidemiyasından dünyasını dəyişməsi Bütöv Azərbaycan xalqı, xüsusilə də BAO üçün ağır bir itki oldu.
Onun əziz xatirəsi Bütöv Azərbaycançıların qəlbində əbədi yaşayacaqdır!
Tanınmış ziyalılarımızla yanaşı BAO-nun tutduğu yolun gerçəkləşməsi yönündə bütöv azərbaycançılar
sırasında Şirvani Ədilli, Rizvan Hüseynov, Aqil Camal, Natiq Ulubəy, Təbriz Musayev, Faiq Quliyev,
Hakim Sadıqlı, Rüfət Muradlı, Ceyhun Quliyev, Mailə Bayramlı, Fərrux Əmrəli, Azər Ağakişiyev, Şahin
Bəkirli, Oqtay Daşoğuz, Zəka Sahib, Mehman Əhmədli, Oğuz Rza Sadıkoğlu, Xəqani Salmanov, Saday
Quliyev, Elnur Həsənli, Anar Kitay, Gündüz Rzayev, Asiman Əsədsoy, Müşfiq Çələbi, Şahmar Abdullayev
və başqalarının da adlarını qürurla yaza bilərik.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) nizamnaməsində Azərbaycan türklərinin öz tarixi torpaqlarında
milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşilatın məqsədi kimi qəbul olunmuş və təşkilatın
bu yolda əsas ənəgl olan fars şovinizminə qarşı mübarizə apardığı qeyd edilmişdir. Bu istiqmətdə BAO
təxminən var olduğu 10 il müddətində (2011-2021) bir çox mühüm işlər görmüş, 230-dan çox tədbirlər-
konfranslar, aksiyalar təşkil etmiş, 190-dan çox rəsmi sənəd qəbul etmiş, qərarverici orqanların 185-dən çox
rəsmi toplantısı keçirilmişdir və bu yöndəki işlərini hazırda da davam etdirməkdədir.

Xudaferin.eu

14:49