Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları 1.Yazı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Bu yazı 2011-ci ilin noyabrın 19-da qurulmuş
Bütöv Azərbaycan Ocaqlarının (BAO)
on illik yubileyinə ərmağan olunur
Əsrlərlə aparılan antitürk ideologiyanın nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin
iş birliyi nəticəsində 1925-ci ildə Türk Qacarları devirlərək onların yerinə aryançı fars Pəhləviləri
hakimiyyəti gətirilməsi artıq heç kəsə sirr deyil. Bununla da əfsanəvi “İran”ın gerçəkçi bir İran dövlətinə
çevrilməsi üçün ciddi zəmin hazırlanaraq türklərin ən azı min ildən çox idarə etdiyi bölgənin bilərəkdən
farsçı-ariyançı “İran”a çevrilməsi prosesinə rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq,
öncədən də “İran” və “Turan” məsələlərində şüuru qarışdırılan türklər, o cümlədən türk aydınlar arasında
“Arian” kimlikli Pəhləvilərin hakimiyyətə gətirilməsiylə də, ziddiyyətli düşüncələr daha da dərinləşdi.
Başqa sözlə, Qacarların devrilməsindən sonra (1925) türklər arasında “Türk Turanı” (Turanian) ilə yanaşı,
ortaq vətən, mədəniyyət və dövlət kimlili “İran” anlayışı şüurlarda yer tapmağa başladı. Bizcə, “İran”
anlayışının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti
bundan çıxış yolu kimi Arian-Fars kimlikli “İran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya
qoydular. Yəni 1925-ci ildə Türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan aryan-fars
kimlilki “İran”a qarşı olaraq təskinliyimizi, daha sonra da xilasımızı Türk “Azərbaycan”da aramağa başladıq.
Çünki Türk ulusu olaraq şüurmuzu dolaşdıran Fars-Arian “İran”ından qurtulmaq üçün ilk növədə, Turan
deyil, Bütöv Azərbaycan qurtuluş yolumuz kimi görünməkdədir.
Bu anlamda vaxtilə Türk hökmdarlarınını apardığı mücadiləni və islahatları da Turan çərçivəsində
deyil, geniş mənada “İran” dar anlamda isə Azərbaycan yönündən yanaşırıq. Bu zaman Azərbaycanı müdafiə
etmək naminə də Türk hökmdarlarının mücadiləsini və islahatlarını 1925-ci ilə qədər pis-yaxşı mövcud olan
Türk sülalələ dövlətlərinin “Turan” çərçivəsində deyil, 1925-ci ildən sonra hakimiyyətə gətirilmiş
Pəhləvilərə nisbətdə Fars-Arian “İran”ı kontekstində görür, bu cür “İran”ı da yalnız 1925-ci ildən sonraya
yox bütün zamanlara şamil edərək Azərbaycanın daimi düşməni kimi qələmə veririk. Sovetlər Birliyinin və
Pəhləvilərin Azərbaycan türklərinə qarşı apardığı aşağı-yuxarı eyni siyasət nəticəsində də Nadir şah Əfşarlar,
Şah İsmayıl Xətayilər, Şah Təhmasiblər, Nadir Şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar bir sözlə, bütün
Türk hökmdarları “İran” şahına çevrilir, “İran” şahları kimi də Türkün və Azərbaycanın düşməni olurlar.
Başqa sözlə, Sovetler Birliyində Stalinin, Pəhləvilərdə Rza Pəhləvinin apardığı siyasət Azərbaycan
türklərinin kimliyinə yönəldilmiş, bunun nəticəsi olaraq dövriyyəyə saxta “İranlı” və “Azəri” kimliyi
gətirilmişdir.
Ona görə də, Türkiyə və Azərbaycanın rəsmi tarixçiliyində 1925-ci ildən sonrakı “İran”a nisbətlə
“İran şahları” kimi adı keçən bütün Türk hökmdarları düşmən və işğalçı kimi qələmə verilirlər. Özəlliklə,
Sovetlər Birliyi dövründə yazılan rəsmi “Azərbaycan tarixi”kitablarında 1925-ci ildən sonrakı “İran”a
nisbətlə Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri heç bir saf-çürük edilmədən, özəlliklə son min il ərzində bu
coğrafiyada Türklərin hakimiyyət sürmələri nəzərə alınmadan bütünü Azərbaycana, Türkiyəyə bütünlükdə
Türklüyə düşmən kimi qələmə verilmişdir.
Ona görə də hesab edirik ki, “Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların
hakimiyyətini yalnız “İran hökmranlığı” kimi qələmə verib, onlardan “yadelli hökmranlıq” kimi bəhs etmək
doğru deyildir. Özəlliklə də, Nadir şah Əfşar ya da Ağa Məhəmməd şah Qacar necə “yadelli hökmran” ola
bilər ki, onlar Azərbaycanı hər şeydən üstün saymış, hakimiyyətlərini Turanın mərkəzi Azərbaycanda bəyan
etmiş, dövlətin iki mühüm paytaxtını – Təbrizi və Tehranı Azərbaycan ərazisində tutmuşdular. Yoxsa,
kimlərsə xəyal edirlər ki, Əfşarlar ya da Qacarlar bu dövləti ingilis-amerikan-masson birliyinin əliylə
hakimiyyətə gətirilən “Pəhləvilər”, ya da indiki şiəçi-farsçı “Mollalar” üçün qurmuşlar? Əgər yalnız buna
istinad edərək Əfşarlar və Qacarları “yadelli” hesab edənlər varsa böyük yanlışlıq edirlər. Əgər bu gün
türklər ən azı min ilə yaxın bir tarixdə hakimiyyət sürdükləri əfsanəvi ya da gerçək Turan və İran
coğrafiyalarında mövcud olan “İran İslam Respublikası”nda haqsız duruma düşüblərsə, bu fars ya da
farsdillilərin qəhrəmanlığı ilə deyil, ingilis-rus-alman qüvvələrinin işbirliyi nəticəsində baş vermişdir.
2
Ona görə də, bu gün əfsanəvi ya da gerçəkçi Turan və İran coğrafiyasında mövcud olan “İran İslam
Respublikası”nın varlığını göz önündə tutaraq, üstəlik türklərin burada əsasən söz sahibi olmamasından çıxış
edərək Səfəvilər, Əfşarlar və Qacarlardan imtina etməyimiz doğru deyildir. Çünki xarici qüvvələrin əliylə
sonuncu Oğuz-Türk dövləti Qacarların yerinə hakimiyyətə gətirilmiş farsdilli “Pəhləvilər”lə “Mollalar”
türklər olmadan varlıqlarını sürdürə bilmək halında deyildir. Hər halda bugünkü “İran İslam Respublikası”
adlı dövlətin hakimiyyətində türklər, özəlliklə Azərbaycan türkləri mühüm yer tutmaqdadır. Bir sözlə,
Türklər, o cümlədən Azərbaycan türkləri olmadan Pəhləvilər dönəmində olduğu kimi, “İran İslam
Respublikası” böyük ölçüdə əhəmiyyətini itirir. Bunu, “İran İslam Respublikası”nda hakim qüvvə olan
farsdilli “Mollalar” rejimi də, onları vaxtilə Türk Qacarların yerinə hakimiyyətə gətirmiş xarici qüvvələr də
yaxşı bilirlər. Əgər bu gün türklər, o cümlədən bu millətin ana qolu olan Güney Azərbaycan türkləri “İran
İslam Respublikası”ndan ayrılıb müstəqilliyini elan edərsə, “İran” adlanan ölkə demək olar ki, bitər.
Ona görə də, indiki farsdilli şiəçi “Mollalar” rejimi da yaxşı anlayırlar ki, “İran İslam
Respublikası”nın hakimiyyətini, onun parlamentini, dini rəhbərliyini Azərbaycan türklərindən tamamilə
kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Heç bunu, ingilis-amerikan qüvvələrinin əliylə hakimiyyətə
gətirilmiş farsdilli Pəhləvilər bacara bilmədilər. Sadəcə, Pəhləvilər dövründə də yüksək, məsul vəzifə tutan
Türk məmurlarının, Türk millət vəkillərinin, Türk dini rəhbərlərinin əksəriyyətinin şüurunda “İran”ın
bütövlüyü, “İrançılıq” əsas yer tuturdu. Doğrudur, Azərbaycandan olan türk məmurlar, dini rəhbərlər, millət
vəkilləri arasında da Azərbaycan türklərinin “İran İslam Respublikası”ndakı mövcud durumuyla
razılaşmayanlar var. Özəlliklə, Türk dilinin orta məktəblərdə tədris olunmaması, Türk dilində mətbuatın
azlığı, Urmiya gölünün quruması, Azərbaycan türk torpaqlarının digər ostanlar arasında bölüşdürülməsi,
Oğuz-Türk mədəniyyətinə biganə münasibət və digər məsələlər buraya aiddir. Bütün bular isə, “İran”,
“İrançılıq” eyni zamanda şiəçilik ideologiyaları adı altında istismar olunan türkləri, o cümlədən Azərbaycan
türklərini yeni yollar aramağa məcbur edir. Bunu, son günlərdə yaradılmış Türk millət vəkillərinin fraksiyası
da bir daha ortaya qoymuş oldu. “İran” parlamentinin az qala yarısını təşkil edən Türk millət vəkillərinin
Fraksiyasının yaradılması da göstərdi ki, son yüz ildə “İran”, “irançılıq” ideologiyasının Türklərin ya da
Azərbaycan türklərinin varlığını inkarı üzərində qurulması əsasən, heç nəyi dəyişdirməmişdir.
Təbii ki, bu günə qədər türklərin, o cümlədən Azərbaycan türklərinin indiki “İran İslam
Respublikası”nda tamamilə təsirsiz hala gətirilə bilməməsində yaxın 10 yüz ildə Azərbaycan Türk
sülalələrinin (Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar vəb.) burada
hakimiyyət sürməsi faktı əsas rol oynayır. Əslində məhz Oğuz-Türk sülalə dövlətlərinin sayəsində indiki
“İran İslam Respublikası” mövcuddur, dünyada müəyyən bir nüfuzu vardır. Halbuki indi “İran”da hakim
qüvvə olan aryançı farslar, farsdillilər son on (10) əsrdə demək olar ki, Türklər, o cümlədən Azərbaycan
Türkləri qədər bu ərazilər üçün savaş verməmiş, onun böyüməsində və mövcudluğunda həlledici rol
oynamamışlar. Oğuz-Türk boylarının gücü və idrakıyla qurulmuş Səfəvilər, Əfşarlar və Qacarlar dövründə
bu torpaqlar üçün yüzlərlə savaşlar aparmış, eyni zamanda yüzminlərlə, milyonlarla övladlarını bu yolda
qurban vermişlər. Belə olduğu təqdirdə, Türklər, Azərbaycan türkləri necə ola bilər ki, Səfəvilərdən,
Əfşarlardan, Qacarlardan imtina etsinlər?! Onlar bu savaşları apararkən Fars milləti, ya da Farsistanla deyil,
ilk növbədə Oğuzluğuı, Türklüyü, Azərbaycanlığı ilə öyünmüşlər.
1925-ci ildə Böyük Britaniyanın birbaşa dəstəyi ilə Qacarlar dövlətini qanunsuz olaraq devirərək
onun yerinə "İran-Pəhləvi" adlı saxta bir hökumət quran, daha sonra bu saxtakarlığı "İran İslam
Cümhuriyyəti" ismiylə 1979-cu ildən indiyə qədər davam etdirən "şiəçi-irançı mollalar"a qarşı əsas gücün
Türklər, o cümlədən Azərbaycan Türkləri olması şübhəsizdir. 1925-ci ilədək Qacarlarda, yəni öz
dövlətlərində pis-yaxşı yaşayan Azərbaycan Türklərinin "İran-Pəhləvi" və "İran İslam Cümhuriyyəti"
dövrlərində ön plana çıxmasının əsas səbəbi qanunsuz hakimiyyətə gələnlərin, özlərini türklər qarşısında ağa
kimi apararaq bütün haqq və hüquqlarını tapdalamaları, qanları bahasına qurulmuş dövlətin din-məzhəb
qardaşı saydıqlarının əliylə əleyhinə çevrilmələri olmuşdur. Əgər Qacarlar dövləti dövründə fars, türk, kürd,
ərəb, lur fərqi qoyulmadan hər bir etnik qrupun dilinə, mədəniyyətinə, əxlaqına, həyat tərzinə saygı
göstərilirdisə Türkün qurduğu dövlətdə ingilislərin oyuncağı olaraq "hakim" olan "irançı"ların özəlliklə, Türk
düşmənçiliyi qəsdli xarakter daşımışdır.

Xudaferin.eu
14:44