Bəyanat

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş terror hücumu nəticəsində səfirliyimizin mühafizə xidmətinin əməkdaşının qətlə yetirilməsi bizi sarsıtdı. Bu xain və alçaq hücumu şiddətlə qınayırıq və mərhumun doğmalarına, eləcə də Azərbaycan xalqına başsağlığı verir, hadisə zamanı yaralanmış digər şəxslərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

"Azərbaycanın Dostları" Cəmiyyəti özünə borc bilərərək xəbərdar edir ki, son vaxtlar Avropada fəaliyyət göstərən İranın himayəsində olan əksər Cəfəri məscidlərində Anti-Azərbaycan təbliğatı pik həddə çatıb və bütün diplomatik korpuslarımızı ayiq-sayıq olmağa çağırırıq.

Həmçimin son vaxtlar dünyanın bir çox kütləvi informasiya vasitələrində, haqsız olaraq Azərbaycan əleyhinə gedən informasiya savaşında bütün diaspor təşkilatlarını və Diaspor Komitəsini şəxsi intiriqalara son verib qardaşcasına birlik və bərabərliyə çağırırıq.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müqəddəsdir, heç kim onu poza bilməz!

Avropa "Azərbaycanın Dostları" Cəmiyyəti,
"Xudafərin" (www.xudaferin.eu) Informasiya Mərkəzi.

Xudaferin.eu

14:01