Bu tarixdə dollar 1,92 manata satılacaq

Azərbaycan Mərkəzi Bankı valyuta hərracına 34 milyon dollar çıxarıb. Bu isə bankların tələbinin yalnız 9 faizini təşkil edib. Qeyd edək ki, bankların dollar hərracından tələbi 380 milyon dollar olub. Bu gün valyuta hərracında 1 dollar 1.7414 məzənnə ilə satılıb. Dekabr ayının sonuna qədər dolların rəsmi məzənnəsi 1.80 manat civarında olacaq. Məzənnənin surətlə artma səbəbi isə AMB-nin kommersiya banklarının tələbini qarşılaya bilməməsidir. Dollara tələbət yüksək olduğundan hərraclarda məzənnənin daha da surətlə artması gözlənilir.

Qeyd edək ki, kommersiya bankları artıq ötən həftədən dolların valyuta mübadiləsini 1.80-1.82 məzənnə ilə aparırlar. Dekabrın 25-dən etibarən isə dolların satış qiymətinin 1,90-1,92 manat civarında olacağı gözlənilir.

Vilayət Muxtar
Cebhe.info

05:00