Bu il ərzaq 17,6 faiz bahalaşıb

 

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında hesabat yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, 2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb.

Ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz yüksəlib. Bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,1 faiz, o cümlədən ərzaq məhsulları 2,3 faiz, qeyri-ərzaq malları 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,2 faiz bahalaşıb.
Qeyd edək ki, bütün dünyada qiymətlər bahalaşdığı zaman, dərhal mədəni ölkələrdə buna görə indeksasiya prosesi gündəmə gətirilir. Yəni bahalığı nəzərə alaraq, hökumət əhalinin sosial təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri addımlar atır. Buna görə də belə dövlətlərdə sosial partlayışlar baş vermir. Azərbaycanda ötən 25 il ərzində dəfələlrlə qiymət artımları olsa da, heç zaman indeksasiya prosesi baş verməyibdir.
 

Novator.az

 

11:01