Böhran və yeyinti “Qaçqınkom”u iflasa uğratdı

Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan güzəştlərlə bağlə problemlər yaranıb. Köçkünlər artıq bir neçə aydır güzəştlərdəm məhrum ediliblər. Politika.Az-ın verdiyi xəbərə görə, Bakının Qanlıgöl massivində yaşayanların həm elektrik, həm də ev telefonlarının aylıq limiti “Qaçqınkom” tərəfindən ödənilmir. Bu ərazidə təxminən 20 qaçqın ailəsi var, hər birində bu problem yaranıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi isə heç bir açıqlama vermir. Görünür, böhran “Qaçqınkom”a da təsir edib. Halbuki komitə sədrinin oğlu lüks həyat yaşayır. Amma köçkünlərin kommunal borclarını ödəməyə imkan tapılmır.

Qeyd edək ki, Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlərə (oktyabr 2003-oktyabr 2008-ci illər) əsasən qaçqın və məcburi köçkünlər kommunal və digər xidmət haqları - elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı ödəməkdən azaddırlar. Bütün bunlar qanunlar və Prezident fərmanları ilə tənzimlənir. Amma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən artıq 3-cü aydır ki, abunə haqları ödənmir. Komitənin sayəsində hər abunəçi üçün 5 manat borc məbləği yığılıb. Bununla bağlı komitədən quruma məktub da ünvanlayıblar. Komitənin maliyyə şöbəsinin rəisi T.Şamilzadənin adından daxil olan məktubda yazılır: “Maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abuçəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”.
Politika.Az-ın xəbərinə görə, bu ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin xərci üçün birbaşa 224 390 879 manat ayrılıb. Təkcə bu pul deyil. Büdcədən əlavə olaraq komitənin saxlanması üçün inzibati xərclər, köçkünlər üçün salınan qəsəbələrdə abadlıq işlərinə vəsait nəzərdə tutulub. Bununla yanaşı Dövlət Neft Fondundan da köçkünlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni qəsəbələrin salınması üçün 90 milyon manat ayrılıb. Keçən il də birbaşa ayırma 224 490 879 manat təşkil edib. Odur ki, ayrılan vəsaitlərin az olduğunu, maliyyə çətinliyinin yarandığını iddia etmək üçün heç bir əsas yoxdur. Köçkünlər üçün komitənin bu il ekstra xərci çıxmayıb, xərclər və məbləğ eynidir. Amma baxır kimin nə qədər “yemək” istəyinə. Bunun üçün də köçkünlərin “cibinə” girmək daha asandır.

Politika.az

08:55