Berlində fövqəladə vəziyyət elan edilib

 

Avropada baş verən fırtına nəticəsində Çexiyada onlarca qatarın hərəkəti təxirə salınıb, ölkənin şimalında yerləşən çaylarda suyun səviyyəsi ən təhlükəli həddə çatıb. Polşa və Çexiyada yüzlərlə mənzil elektriksiz qalıb.

Almaniyada təhlükəsizlik tədbirləri ilə əlaqədar yeddi federal torpaqda qatarların hərəkəti dayandırılıb, ağacların yıxılması nəticəsində yolların çoxu bağlanılıb. Polis Yuxarı Bavariyada A8 avtomobil magistralında ağacların yıxılma təhlükəsi səbəbindən hərəkəti müvəqqəti olaraq dayandırıb. Berlində fövqəladə vəziyyət elan olunub, yanğından mühafizə xidməti konstruksiya və ağacların yıxılma təhlükəsi barədə xəbərdarlıq edib. Hamburq limanında fırtına nəticəsində şəhərin küçələrini, yeraltı qarajları su basıb. Şəhərin Sankt-Pauli rayonunda Elbanın səviyyəsi orta statistik göstəricini üç dəfə keçib. Frankfurtda güclü külək “Lufthansa” şirkətinin Hyustondan uçan təyyarəsinin Ştutqartda planlaşdırılmayan eniş etməsinə səbəb olub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:46