Ünlü balkar şairi Yuruslan Bolatla uzun illərdir dostluğumuz var. Onunla ilk dəfə Kabarda-Balkarın başkəndi Nalçikdə tanış olmuşduq. Şair kimi bənzərsizliyini isə şeirlərini oxuduqdan sonra bildim. İbrahim Baba, İssa Botaş, Janakit Zəlixan, Tənzilə Zumakul, Kaysın Quliyev, İbrahim Mammay, Kazim Meçi, Muradin Ölmez, Kerim Otar, Əhməd Sozay, Əhmədiyə Ulbaş, Məhəmməd Mokay kimi ünlü balkar şairlərinin sırasında yer almaq nə qədər çətindirsə, bir qədər də qürurvericidir. Yuruslan Bolat da çağdaş ədəbi prosesdə bunca önəmli ədiblərdən sayılır.
–Yuruslan sən sürgün həyatı görmüş bir xalqın nümayəndəsi kimi torpaqsız, yurdsuz bir düzənin acılarını və ağrılarını hər zaman şeirlərində ifadə etmisən. Bəs bütün bunların balkar xalqı üçün hansısa bir etkisi olubmu?
–Əslində bütün qaraçay-balkar şairlərinin, yazıçılarının və tarixçilərinin əsərlərində bu həzinlik leytmotiv xarakter daşıyır. Biz tarixi vətənimizə geri dönmək üçün minbir əzab və əziyyətləri yaşadıq. Stalin tərəfindən xalqımıza qarşı aparılan sürgün siyasətinin qarşısını almaq üçün uzun illər yorulmaq bilmədən mübarizəmizi ümummilli xarakterə çevirdik. Azərbaycanın Qarabağ ərazisinin ermənilərin etnik separatizminin sənucu olaraq torpaqlarınızın işğal edilməsi, bir milyondan çox insanların yurd-yuvasından didərgin salınması, bu prosesin 23 ildir davam etməsi dünyada humanizm adına nə kimi dəyərlər varsa, onların hamısına tüpürmək deməkdir. Qaraçay-Balkar xalqlarının kökü elə Azərbaycan Türkləri ilə eyni tarixə və mədəniyyətə bağlıdır. Bizlərin əcdad kultumuz bütün bunların təməli deməkdir. Bizim xalq 1944-cü ildə sürgün ediləndən sonra tarixi torpaqlarımıza başqa xalqları yerləşdirmişdilər. 1957-ci ildən sonra geri döndüyümüzdə öz evlərimizə, torpaqlarımıza sahib çıxmaq yönündə minlərlə problemlər yaranmışdı. Ancaq, minbir əziyyətlə də olsa, bütün istəklərimizə nail ola bildik. İnanıram ki, çox yaxın zamanda Azərbaycan dövləti və xalqı ermənilərin işğalına son qoyacaqdır. Çünki, bu yöndə dünyanın sülhsevər xalqları hansısa bir dövlətin ərazisinin işğalına çox mənfi münasibət bəsləyirlər. Ermənilər bu həqiqətləri görməzdən gələ bilməzlər.
–Kabarda-Balkarda fəaliyyət göstərən Azərbaycan diasporu ilə necə, əlaqələrin varmı? –Əlbəttə. Bunsuz mümkün ola bilməz. Demək olar ki, Nalçikdə yaşayan azərbaycanlılar arasında xeyli dostlarım var. Biz həm də ailəvi dostlarıq. Burada Azərbaycan diasporu adına ilk təməli Ağababa Dadaşov qoymuşdur. Bununla yanaşı, Qaraçay-Çərkəz Respublikası və Stavropol vilayətindəki Azərbaycan diaspor təşkilatları ilə də isti münasibətimiz vardır. Faktiki olaraq, bizim xalqların dil qohumluğu, adət-ənənələrimizin doğmalığı məsələsinə görə aramızda hər hansı bir problemlər yaşanılmır.
–Sən özün bir ədib kimi olaraq tez-tez səfərlərdə olursan. Bütün bunların yaradıcılığına təsiri olurmu?
–Mən haraya getsəm də, öyrəndiklərimi çalışıram ki, öz doğma xalqıma çatdırım. Təbii olaraq səfərlərimlə bağlı gördüklərimi, dünyada baş verən yenilikləri, özəlliklə də ədəbi prosesi ictimailəşdirirəm. Buna bizlərdə çağdaş dünyaya şair baxışı deyilir. Dünyanın öz məhvərindən çıxması elə onun özünün fəlakəti deməkdir. Ona görə də insan ruhunun poetik duyğularına çox böyük mənada ehtiyac olduğunu bütün səfərlərimdə deyirəm. Bu yöndə yazdığım şeirlərimi oxuyuram. Dünyaya öfkə ilə və qəzəblə deyil, işıq saçan fikir və duyğuları çatdırmaq gərəkdir. Mənim vətənimin sabitliyi elə dünyanın sabitliyi kimi dərk olunarsa, bax o zaman bəşəriyyətin özü məhvərindən qopa bilməz.
–Bir zamanlar Türkiyədəki şeir şölənlərində səni tez-tez görmək olardı. Bəs indi durum necədir? Rusiya-Türkiyə münasibətlərinin sərinləşməsi bütün bunların üzərindən xətt çəkə bildimi?
–Faktiki olaraq çağdaş dünyadan tədric olunmuş ölkə yoxdur. Varsa da, fikrimcə buna anormal hal kimi baxılmalıdır. Türkiyə-Rusiya münasibətlərində bu gün yaranmış soyuq duş məncə uzun sürməyəcək. Türkiyə ilə Rusiyanın münasibətlərinin sərinləşməsi, bu həm də Türk Dünyası ilə olan əlaqələrin səngiməsi kimi qarşılayıram. Avrasiyaçı tipli ideyaların qatı tərəfdarı olmasam da, bu məkanın ən böyük superetnosları biz türklər və slavyanlardır. Ona görə də iki superetsonusun birgə yaşayış düzəni inkişaf etdirilməlidir. Dövlətlərarası bəzən yalnış yanaşmaların acısını xalqlar çəkirlər. Buna qətiyyən yol vermək olmaz. Bu gün Azərbaycan-Rusiya münasibətlərində hər hansı bir gərginlik üzə çıxarsa, bu həm də xalqlararası münasibətlərə də öz təsirini göstərəcəkdir. Heç uzağa getməyək, Quzey Qafqazın Nalçik, Teberda, Tırnauz, Qaraçay, Dombay, Baksan və digər şəhərlərində yaşayan azərbaycanlı dostlarıma mən heç bir zaman düşmən gözü ilə baxa bilmərəm.
–“Balkariya” adlı poeman sənə bir şair kimi çox məşhurluq gətirdi.
–Bu doğrudur. Çağdaş balkar-qaraçay ədəbiyyatının əfsanəvi klassiki Kaysın Quliyevin bütün yaradıcılıq yolu bizlər üçün böyük bir məktəbdir. 1944-cü ilin sentyabr ayında bir dəfə Moskvadan Aleksandr Fadeev Nalçikə, Kaysın Quliyevə telefonla zəng edərək deyir ki: “Biz çox yaxın dostlarıq. Ancaq, onu sənə deyə bilərəm ki, iki gündən sonra, Stalinin qərarı ilə qaraçay-balkar türkləri Orta Asiya və Sibirə sürgün olunacaqlar. Əgər istəyirsənsə, Stalindən xahiş edim sənə və ailənə toxunmasınlar”. Kaysın Quliyev də ona cavab olaraq bunları demişdi: “Xətrin xoş olsun. Çox sağ olasan. Ancaq, mənim xalqım harada olsa, mən də orada yaşayacam”. Beləliklə Kaysın Quliyev Qırğızstanda uzun müddət öz xalqı ilə birlikdə sürgündə yaşamalı oldu. “Balkariya” adlı poemamın sirri də bundadır. Hər bir xalq öz mədəniyyətinə və tarixi torpaqlarına sahib çıxanda güclü olur. Poemamın əsas mpvzusu da bundan ibarətdir.
–Azərbaycanla keçmişdəki kimi əlaqələrini davam etdirirsənmi?
–Əvvəllər tez-tez gələrdim Azərbaycana. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Qazax və Bərdə mənim üçün çox əzizdir. Ailə albomumda bu gözəl yerləri xatırladan yüzlərlə fotolar var. Azərbaycan ədəbiyyatından Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Vaqif Nəsib, Ramiz Rövşən, Əlisəmid Kür kimi çox istedadlı şairlərinizin şeirlərini qaraçay-balkar türkcəsinə çevirmişəm. Çox yaxında yenidən Azərbaycana gəlmək istəyirəm. Məqsədim bu günkü yeni ədəbi proseslə tanış olmaqdır. Ən yaxşılarını seçib öz dilimizə çevirəcəyəm.
–Sadəcə şeirləri çevirəcəksən, yoxsa nəsr də olacaq?
–Əlbəttə mən şair kimi daha çox poeziyaya üstünlük verirəm. Nəsrlə yazan dostlarımız məndən inciməsinlər. Çünki, nəsrlə yazmaq mənim üçün çox çətindir. Publisist dildə yazılarımı zorla yaza bilirəm. Bəzən də dostlarım mənə kömək edirlər. Yəni redaktə işini onlar görürlər.
–Bayaq qeyd etdin ki, Kabarda-Balkarda xeyli azərbaycanlı dostların var. Onların sizin cəmiyyətə adaptasiya olunması üçün problemlər varmı?
–Demək olar ki, yoxdur. Bunun bir səbəbi bizlərin ümumi Qafqaz anlayşına, digəri isə adət-ənənələrimizdəki yaxınlıqdır. Nalçikdəki Azərbaycan diasporunun sayəsində “20 Yanvar”, “Xocalı Faciəsi” haqqında silsilə şeirlər yazmışam. Onları bizim “Törə” adlı qəzetimizdə dərc etmişəm. Bir şeyi xatırladım. Bizim ünlü etnoqraf alimlərimizdən biri olan Nəzir Budayevin çox yaxşı tarixi faktları bizə anlatmışdır. O tarixi faktlarla qeyd edirdi ki, Qafqazda çağdaş iqtisadi və sosial proseslərin inkişafı o zaman mümkün ola bilir ki, Azərbaycanda rifah yaransın. Ötən yüzilin başlanğıcında Azərbaycanda ilk dəfə olaraq kapitalizmin inkişafı digər Qafqaz bölglərinin dinamik şəkildə irəliləməsinə səbəb olmuşdu. Maarifçilik hərəkatının miqyasının hüdudu yox idi. “Əkinçi”, “Zənbur”, “Kaspi”, “Sədaye Şərq”, “Füyuzat”, “Ziya”, “Kəşkül”, “Qafqaz”, “Şərqi Rus”, “Molla Nəsrəddin” və digər mətbu orqanlar Qafqazda mətbuatın renesansı sayılır. Bundan əlavə, ilk opera və dram əsərlərinin, teatrların yaranması da möhtəşəm proseslərdən biri hesab olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda isə, Quzey Qafqazda “Dağlı Respublikası” formalaşdırıldı. Bu gün Azərbaycan sürətli inkişaf yoluna qədəm qoysa da, bütün bunlar yarımçıq kimi görünür. Ona görə ki, Qarabağ hələ də işğal altındadır. Buna nə zaman son qoyulacaqsa, bax o zaman Qafqazın Azərbaycan da daxil olmaqla çox sürətli inkişaf dövrü başlayacaq.
–Sən bəzən Avropa turnelərinə də çıxırsan. Şair kimi bütün bunlar sənə verir?
–Demək olar ki, Almaniya, Portuqaliya, İspaniya, İtaliya və Polşada daha çox olmuşam. Məni bu səfərlərimdə ən çox ilgiləndirən Çingiz Xandan başlayaraq onun nəvəsinin davam etdirdiyi “Sonuncu dəniz” məsələsi olmuşdur. Düz Atlantik Okeanına qədər yol ölçdüm. Avropa ölkələrini seyr edə-edə bizim babalarımızın atlarının nal səslərini və arabalarının təkərlərni gerçəkdən hiss etdim. Təbiətin bu gün mövcud olan kataklizmləri haqqında isə çoxlu şeirlər yazdım. İspaniyanın La-Koru qəsəbəsində Atlantik Okeanına baxdıqca buradakı tarixi iki min olan mayakı gördüm. Qalisiyanın səmalarını seyr edə-edə Federiko Qarsia Lorkanın şeirlərini xatırlayırdım.
–Sən həm də “Balkariya”nın himnini yazan şair kimi tanınırsan.
–Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri demək olar ki, dünyanın ən əzəmətli fikir və poetik salnaməsidir. Elə bu şeirin təsiri altında “Balkariya”nın himnini yazdım. Özüm də bilmədim bu necə alındı.
–Sənin bunca gözəl şeirlər yazmağının mənası bəlkə də Elbrus dağlarının zirvəsinin hər yerdən görünməsidir.
–Ola bilər. Burada səmanı seyr etdikdə sanki, göy üzündə böyük bir göl var. Hər zaman bizim səmamız gömgöydür. Elə bil ki, insan ruhuna saf duyğuları aşılamaq üçündür hər şey. Bizim Malkar, Xolam, Bezengi, Minqi-Tau, Genje, Baksan, Tırnauz, Xasanya, Ak Çay kimi bölgələrimizin səması daim belə olur. Azərbaycanda Gəncədə belə bir durumu gördüm. Orada Qoşqar və Kəpəz dağları sanki Elbrus dağlarının əkiz qardaşlarıdırlar.
–Azərbaycan ədəbiyyatı ilə bağlı çevirmələrini ayrıca bir antologiya kimi dərc etmək fikrin varmı?
–Əlbəttə. Ömür vəfa etsə, 2017-ci ildə belə bir kitabı nəşr etmək fikrim var. Ona görə ki, qoy bizimlə eyni qanı daşıyan Azərbaycan ədəbiyyatını qaraçay-balkar türkləri də yaxşı tanısınlar. Dünyada mədəniyyət qədər xalqları bir-birinə yaxınlaşdıran başqa bir enerji yoxdur. Hal-hazırda Azərbaycan ədəbiyyatından etdiyim çevirmələrdə burada yaşayan soydaşlarınız mənə yardımçı olurlar. Ayrıca noqay və kumuk türklərinin ədəbiyyatından da xeyli çevirmələrim vardır. Bizlər bir-birimizi ədəbi və mədəni əlaqələrimiz sayəsində daha yaxından tanımaq üçün çox çalışmalıyıq. Keçmişin mirası olan xalqların bir-birindən ayırmaq siyasətinə qarşı öz ədəbi və mədəni düzənizmizlə bütün ayrıntıları bərpa etməyin zamanı çatmışdır.
Balkarlar hər zaman Azərbaycana ümidlə baxıblar

Söhbətləşdi: Ə. Yusifoğlu
12:24
Digər xəbərlər