Azərbaycanlı cazmen Fransada silsilə konsertlər verəcək

 

Noyabrın 14-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar, post-bop caz musiqi janrının canlı əfsanəsi və pedaqoq Əhməd Camalın konserti Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin ifası ilə başlayacaq. Gecədə Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Paris Konqres Sarayındakı konsertdən əvvəl azərbaycanlı cazmenin noyabrın 8 və 9-da “Le Duc des Lombards” caz klubunda və noyabrın 10-da Ruan şəhərinin konservatoriyasında konsertləri olacaq.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:38