Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı film nümayiş olunacaq

 

Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı və macəralarla dolu “Yanlış anlama” filminin ekran tarixi açıqlanıb.

 

Film hər iki qardaş ölkənin kinoteatrlarında oktyabrın 27-də nümayiş olunacaq. Ekran əsərinin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çınardır. Filmdə Şevket Çoruh, Hakan Bilgin, Bahadır Efe, Duygu Karaca, Pelin Sönmez, İslam Mehrəliyev, Fərda Amin və digərləri rol alıblar. Türkiyə və Azərbaycandan olan iki ailənin bir yerdə keçirdikləri 10 gündən bəhs edən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyi nəticəsində yaranan səhv anlaşılmaların meydana gətirdiyi macəralar yer alıb.

Xudaferin.eu

08:56