Azərbaycan və Pakistan razılığa gəldi

Azərbaycan və Pakistan gələcək əməkdaşlıq üçün ilkin razılığa gəlib. Burada aqrar elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın genişləndirilməsi və aqrar universitetlər arasında əlaqələrin qurulması xüsusi yer tutur.

Xudaferin.eu-nun "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

Nazir iki ölkə arasında toxumçuluq sahəsində əməkdaşlığın perspektivli olduğunu qeyd edib. Xüsusilə də düyü və pambıqçılıq sahəsində Pakistan təcrübəsindən yararlanmağı əhəmiyyətli olacağını deyib.

H.Əsədov Azərbaycanda pambıqçılığın diqqət mərkəzində olduğunu və indiyədək 198,5 min tona qədər pambıq yığıldığını, sahələrdə hələ də məhsul qaldığı üçün yığımın tezliklə 200 min tona çatacağını qeyd edib.

Nazir Azərbaycan-Pakistan Birgə İşçi Qrupu saviyyəsində həmçinin camışçılığın seleksiyası sahəsi üzrə də müzakirələr aparıldığını vurğulayıb. 

Xudaferin.eu

19:02