Azərbaycan ruhu "EFG London" caz festivalında

Bu günlərdə “EFG London” caz festivalı çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Pizza Express” caz klubunda keçirilən konsertdə məşhur azərbaycanlı pioanoçu, caz ifaçısı Elçin Şirinov etno-caz musiqi janrında konsert proqramı ilə çıxış edib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

1969-cu ildə yaradılmış bu klub meqapolisin aparıcı caz məkanlarından biridir. Burada müxtəlif illərdə və müxtəlif janrlarda Bad Friman, Benni Karter, Lyu Tabakkin, Con Dankvort, Dayana Krall və Cemi Kallum kimi dünya ulduzları öz musiqi məharətlərini nümayiş etdiriblər. TEAS həmçinin, “Saint-Germain-des-Prés Paris” və “Reyms Sunnyside” caz festivallarına, eləcə də, Londonun “Spice of Life” və “Vortex” klublarında keçirilən konsertlərə də dəstək verib. Azərbaycan xalq musiqisinin zəngin repertuarına müraciət edən E.Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur. Konsertdə E.Şirinovun musiqisinə və ifa tərzinə yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Deyv Hamblett də müşaiyət edib. Konsertdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından olan ariya qeyri-standart metrik formada ifa olunub. İfa zamanı E.Şirinov həm Hamblett, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırırdı. Arxa fonda akkompaniator kimi ifanı mükəmməl tamamlayırdı. Sonra zərurət yarandıqda, xüsusilə də Hamblett tempi artırandan sonra öz həyəcanlı improvizasiyası ilə ön plana çıxırdı. “Qız Qalası” E.Şirinovun son kompozisiyalarından biridir. Bu əsəri yaradarkən, o, İçəri Şəhərin tarixi əzəmətindən ilham alıb. Nostalji dolu bu parçadan E.Şirinovun uşaqlığının ətri gəlirdi və şəhərin bu hissəsinin tarixdən gələn qədim səslərini xatırladırdı.
Qeyd edək ki, E.Şirinov Di Bias və Hamblett caz triosunun hər bir ifası beynəlmilləl auditoriyanı heyrətə gətirirdi. Caz gecəsi Azərbaycan xalq mahnısı olan sirli “Sarı Gəlin” ifası ilə yekunlaşıb. Bu ifa Hamblettin təqdimatında əzəmətli və davamlı templə başlayan kədərli melodiya bütün auditoriyanı valeh edib. İfa bütün auditoriyanı sanki ovsunlamışdı. Məşhur ABŞ zərb ifaçısı (əvvəllər Şik Korea və Rey Çarlzla birgə çıxış etmiş) Ceff Ballard konsert haqqında rəyini bu cür ifadə edib: “Ehtiraslı. Düşüncəli. Elçin Şirinovun orijinal kompozisiyalarını dinləmək olduqca maraqlıdır. Trionun virtuoz və ahəngdar ifası ipək kimi hamardır. Afərin!”

TREND.İA

15:00