"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"ndən Mədəniyyət naziri postuna təkliflər

İstənilən xalqın  ərazisi işğal  olunubsa, onu nə zamansa azad etmək olar, iqtisadiyyatı tamamilə dağlıbsa, nə vaxtsa bərpa etmək mümkündür. Ancaq, mədəniyyəti məhv olubsa, onu heç bir zaman geri qaytarmaq mümkün deyil.
Dövlət mədəniyyəti, siyasi mədəniyyət, insani mədəniyyət, sosial-ictimai mədəniyyət özümlü bir dəyərdir. Ancaq, incəsənət mədəniyyətin ən üstün zirvəsi deməkdir. Biz bunu itirəndə həm də dövlət və xalq kimi özümüzü itiririk.

Bütün bunları nəzərə alaraq, "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"ndən Mədəniyyət naziri postuna aşağıdakı namizədlərdən birinin tutulmasını Azərbaycan mədəniyyətinin inkişafı üçün məqsədəuyğun hesab edir.

Mehriban Vəzir (yazıçı publisist, ictimai xadim)
Qulu Məhərrəmli (professor, publisist, ictimai xadim)
Ənvər Börüsoy (sənətşünas)
Fuad Məmmədov (kulturologiya üzrə elmlər doktoru, professor)
Sərdar Fərəcov (əməkdar incəsənət xadimi, bəstəkar)
Aydın Əzimov (əməkdar incsənət xadimi, bəstəkar)
Ziyadxan Əliyev (sənətşünaslıq üzrə alim)

Hesab edirik ki, bu şəxslər Azərbaycan və dünya mədəniyyətini komplesk şəkildə həm elmi, həm də praktik baxımdan professional səviyyədə bilən mütəxəssislərdir.

"Avropada Azərbaycanın Dostları Cəmiyyəti"

xudaferin.eu

21:49