Avropa İttifaqı Azərbaycanda 5 saytın bağlanmasını pislədi
Avropa İttifaqının sözçüsü Maya Koçiyançiç Azərbaycan hakimiyyətinin “AzadlıqRadiosu”nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib. O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir. Bundan öncə Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.
“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”, təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .
Qeyd edək ki, Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.
Avropa İttifaqı Azərbaycanda 5 saytın bağlanmasını pislədi
Avropa İttifaqının sözçüsü Maya Koçiyançiç Azərbaycan hakimiyyətinin “Azadlıq Radiosu”nun Azərbaycan xidməti də daxil olmaqla 5 internet saytını bağlamasını pisləyib. O, mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir. Bundan öncə Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.
“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”, təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .
Qeyd edək ki, Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.
Amerikaninsesi.org
09:17
Digər xəbərlər