AŞPA Nazirlər Komitəsi Azərbaycanı İlqar Məmmədovu azad etməyə çağırıb

 

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda "müsbət prosesləri" qeyd edərək, REAl Hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı məyusluq ifadə edib. Bu barədə Nazirlər Komitəsinin ötən həftə keçirilmiş sessiyasının yekunları üzrə qəbul edilmiş və bu gün Avropa Şurasının saytında dərc edilmiş qərarında deyilir.

Sənəddə qeyd edilir ki, son aylar Azərbaycanda AİHM-nin Məmmədovun işi üzrə qərarının icrasına müsbət təsir edə biləcək addımlar atılıb. Xüsusən, Azərbaycan prezidentinin 10 fevral tarixli penitensiar sistemin təkmilləşdirilməsi, cəzanın humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ tədbirlərin tətbiqi haqqında sərəncamı qeyd edilir. Bununla belə, Nazirlər Komitəsi müvafiq qurumları Məmmədovun azad edilməsi üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.

Bir müddət əvvəl Nazirlər Komitəsi artıq bu cür qərarlar qəbil edib və hətta Avropa Konvensiyasının Məmmədovun işi üzrə AİHM-nin qərarlarının icra edilməməsinə görə sanksiyalar mexanizminin işə salınmasını nəzərdə tutan 46.4-cü maddəsini tətbiq etməklə hədələyib.

Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşlarla əlaqədar həbs edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin mayında AİHM Məmmədovun həbsini qanunsuz hesab edib və onun azad edilməsini tələb edib. Onun sözlərinə görə, "Cəzanın humanistləşdirilməsi haqqında" sərəncamla Məmmədovun işi arasında heç bir əlaqə yoxdur. “Ya Avropa Şurasının Nazirlər Komitəsi yanlış məlumatlandırılıb, ya da qəsdən Azərbaycan hakimiyyətinin əməllərinə prinsipial mövqe nümayiş etdirməkdən yayınır”, o qeyd edib.

Amerikaninsesi.org

09:36