“Amerika casusları dünyanın hər yerinə nəzarət edəcək?..”

ABŞ dünya ölkələrindəki agentlərinin sayını artıracaq. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp rəsmən vəzifəsinin icrasına başladıqdan sonra kəşfiyyat sistemində dəyişikliklər etməyi düşünür. İlk növbədə Mərkəzi Kəşfiyyat İdarəsinin strukturunda dəyişiklik ediləcək. Trampın xüsusi xidmət orqanlarında aparacağı islahatlarla bağlı  “The Wall Street Journal”da yer alan məqaləyə görə, yeni dövlət başçısı MKİ-nin Mərkəzi Aparatında ixtisarlar aparacaq. Bununla yanaşı dünya ölkələrinə gönədərilən casusların sayı artırılacaq. İslahatlarda məqsəd təşkilatın daha əlaqəli işləməsini təmin etməkdir.

Məlumatlara görə, islahatların həyata keçirilməsində Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək müşaviri Maykl Flinn və MKİ rəhbərliyinə gətiriləcəyi istisna edilməyən Mayk Pompei əsas rol oynayır.

Xudaferin.eu

11:05