Amerika alimləri üç ölçülü canlı beyin hüceyrə modeli yaradıblar

 

Amerikalı elm adamları kompüter mühitində üç ölçülü canlı beyin hüceyrə modelini yaradıblar.

Allen İnstitutunun məlumatına görə, yaradılan hüceyrə modeli altsheymer və epilepsiya xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayacaq. Araşdırma zamanı 36 nəfərdən götürülən 300 beyin hüceyrəsinin 100-nün neyronlarının quruluşu, anatomiyası və hərəkəti üç ölçülü olaraq ortaya çıxıb. Bunun nəticəsində hüceyrə modeli yaradılaraq institutun nevrologiya bölməsinə göndərilib. Allen İnstitutu qarşıdakı beş il ərzində bu sahədə araşdırmalarını daha da genişləndirmək niyyətindədir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

11:29