Almaniyada poçt bağlamalarını robot-poçtalyonlar çatdıracaq

 

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinə yaşıl işıq yandırıb. Yaxın altı həftə ərzində DHL çatdırma xidmətinin poçtalyon və əməkdaşları robotlarla birgə işləməyə başlayacaq. Avtonom işləyən maşınlar şəhərin küçələrində sərbəst hərəkət edərək bağlamaları çatdıracaq.

DHL şirkəti innovasiya və cəsarətli qərarlara meyil göstərir. Bu ilin payızında şirkət avtonom maşınlar parkının yaradılmasına start verilib və ilk olaraq “PostBOT” və “Parcelcopter” robotları hazırlanıb. Onların biri uçur, digəri yerdə hərəkət edir. “PostBOT” dronu 150 kiloqram yükqaldırma qabiliyyətinə malikdir və ərazi üzrə istiqamətlənmə sistemi ilə təchiz edilib: robot ilk dəfə poçtalyonun ayaqlarına baxaraq marşrutu izləyir, bundan sonra həmin yolu sərbəst gedə bilir. Hündürlüyü 150 santimetr olan robotun sürəti saatda 6 kilometrdir. Onun əsas vəzifəsi poçt bağlamasını göstərilən koordinatlar üzrə çatdırmaqdır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:39