Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin bəyanatı

Əziz dostlar, dəyərli həmvətənlilər, doğma diyarımız Azərbaycanda olan vəziyyət hər birimizə bəllidir. Bu gün cismimiz qürbətdə olsa da, hər bir Vətən övladının qəlbi Azərbaycanda döyünür və döyünməlidir. Sizi vəzifədən və tutduğu mövqedən asılı olmayaraq hamınızı Azərbaycancılıq, öncə Vətəndir amalı altında birliyə cağırıram. 18 İyulda Berlində Ermənistan respublikasının səfirliyi önündə uyğun etiraz aksiyası planlaşdırırıq. Bu gün icazə ücün Berlin Polisinə müraciət etmişik. Sizə əlavə məlumatlar (saatı, təşkili və s.) haqda dəqiq məlumat Alyans tərəfindən veriləcək. Təşkilatı işləri 16.07. də nəzərdə tutulan İH genişləndirilmiş iclasında danışarıq. 
Hamımıza və ilk növbədə şanlı Azərbaycan əsgərinə ugurlar və eşq olsun.

Hörmətlə,
Sizin Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri,
Dr. Yashar Musayev

 

xudaferin.eu

21:43