Almaniya alimləri yeni simsiz rabitə texnologiyası hazırlayıblar

 

Almaniya alimləri optik-lif birləşmələrində kabellərdən istifadə zamanı sürətin məhdudlaşdırılması ilə bağlı yaranan əsas problemin həllini taparaq yeni simsiz rabitə metodu hazırlayıblar.

Alimlər simli bağlantıdan imtina edərək ötürülən məlumat axınının artması, hava müqavimətinin isə sürətə təsir edə bilməməsi üçün fotonları toxunmaya bənzər şəklə salıblar. Texnologiya işıq hissəciklərinə lazımi impuls verən xüsusi holoqramdan istifadə edir. Bu səbəbdən hissəciklər uzun məsafələri maneəsiz qət edə bilirlər. Alimlər yeni texnologiyanın sınaqlarını da keçiriblər. Bu kəşf sayəsində ekspertlər məlumatları 1609 metr (1 mil) məsafəyə ötürməyə nail olublar.
Mütəxəssislərin sözlərinə görə, texnologiyanın praktik tətbiqi üçün hələ görüləsi çox iş var. Məsələn, rabitənin güclü yağış və ya qarlı hava şəraitində necə işləyəcəyi sual doğurur.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:33