ADR Hərəkatının liderindən sərt açıqlama

ADR (Azərbaycan Demokratik və Rifah) Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu “XUDAFERİN.EU”ya bildirmişdir ki, Asiya İnkişaf Bankının ölkəmizlə son zamanlar artan sıx kredit əməkdaşlığından sonra Azərbaycan bu bankın Çin və Hindistandan sonra üçüncü əsas tərəfdaşına çevrilib. Bunun başlıca səbəbi Asiya İnkişaf Bankının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi texniki dəstək və islahatlar paketi təqdim etmədən qeydsiz-şərtsiz borc verməsidir”.

Qubad bəy onu da qeyd etmişdir ki: “Ola bilər ki, adını sadaladığımız banklar da yaxın zamanlar da Azərbaycana kreditlər ayırsın. Sözüm onda da deyil, sadəcə onu demək istərdim ki, əgər həqiqətən də Azərbaycan donor dövlətə çevrilibsə, onda nədən daxili ehtiyaclarımızı və kəsirlərimizi kreditlər hesabına ödəyirik. Hesab edirəm ki, milli iqtisadiyyatın qarşısında duran vacib vəzifə qeyri-neft sektoruna xaricdənkredit vəsaitləri deyil, birbaşa sərmayələr cəlb etməkdir, çünki investisiyalar borc öhdəliyi yaratmır, əksinə yeni və əlavə dəyər formalaşdıraraq iqtisadi inkişafa xidmət edir. Unutmayaq ki, quyuya su tökməklə quyu sulu olmaz.”

Xudaferin.eu

09:10