ABŞ: Rusiya “S-500”ün sınağını keçirib

ABŞ kəşfiyyatı Rusiya ordusunun “S-500” zenit-raket komplekslərinin uğurlu sınağını həyata keçirdiyini öyrənib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi ABŞ-ın xüsusi xidmət orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

İnformasiyaya görə, “S-500”dən buraxılan raket 481 km uzaqda olan hədəfi məhv edib.

Qeyd edək ki, kompleksin atəş radisusu 600 kilometrə yaxındır. Müqayisə üçün, “S-400” komplekslərində bu göstərici 400 kilometr, ABŞ-ın THAAD hava hücumundan müdafiə sistemində isə 200 kilometr təşkil edir.

“S-500” komplekslərinin xüsusilə “AWACS” sistemli təyyarələrə qarşı mübarizədə effektiv olacağı bildirilir.

Xudaferin.eu

13:54