14 dörd il sürgündə qalan xalq artistini Səməd Vurğun xilas etdi
Bu gün Azərbaycanın Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür.
Moderator.az kulis.az-a istinadən sənətkarın həyatı ilə bağlı maraqlı faktları təqdim edir.
Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub.
İmamzadənin keşikçisi olan atası Hacə İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi.
İki yaşında atasını itirən Məmmədrza Şeyxzamanovu hələ qarşıda daha məşqəqətli bir ömür gözləyirdi. Atasını itirdikdən sonra onun məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalır.
Azərbaycanda Sovet hakimiyyəti qurulanda yeni hökumət digər varlı adamlar kimi onların da mal-dövlətini əllərindən aldı. Anası yaşadıqları mülkü tamam itirməmək üçün könüllü olaraq orada fabrik açılmasına icazə verdi, əvəzində öz evindən bir böyük otaq ala bildi. Məmmədrza artıq on iki yaşında olanda işləyib evə qazanc gəətirməyə başlamışdı.
Hələ kiçik yaşlarından teatra olan həvəsi onu 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gətirir. Teatrın rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza Şeyxzamanov ilk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir.
Gəncənin hörmətli ailələrindən birinin qızı olan Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Amma qarşılarında böyük maneələr var idi. Nigar xanımın atası bəy nəslindən olduğu üçün bu izdivaca heç cür razı olmur. Qızını gənc aktyora ərə verməkdən imtina edir. Belə olduğu halda Məmmədrza Nigar xanıma elçi göndərmək fikrindən daşınır və onlar 1938-ci ildə qaçaraq ailə qururlar. Bu izdivacdan onların üç qız övladı dünyaya gəlir.
Onun qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə mühacir həyatı yaşayır. Özünə isə pantürkist adı qoyub göndərirlər Qazaxıstanın Semipalatinsk bölgəsinə.
Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək "ərim harda, mən də orda" deyib onunla birgə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşayır.
14 il sürgün həyatı yaşayan Məmmədrzanın amnistiya kağızını ondan gizlədirlər. O, qaçaraq ailəsi ilə bərabər Gəncəyə gəlir. Lakin burada da sürgünlük həyatı davam edir. Ev yox, iş tapa bilmir... Bir gün Səməd Vurğunla görüşür. Səməd Vurğun Məmmədrazanın nə vaxtsa onun tamaşalarında maraqlı obrazlar yaratdığını bilir və ona kömək edir. Səməd Vurğunun sayəsində onun ikinci sürgün həyatına son qoyulur. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir.
Sürgündən qayıdanda onun artıq qırx yaşı vardı. Ona görə də teatrdan fərqli olaraq, kinoda əsasən xarakterik rollar ifa edirdi.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb.
Sürgündə olduğu illərdə əkiz oğlan və bir qız övladları dünyaya gəlir, amma körpələr tələf olur.
Onun adı uzun illər fəxri ad siyahısından silinib. Yalnız 1959-cu ildə Tofiq Bağırov Məmmədrzanın adını qara siyahıdan çıxardır və o, Əməkdar artist adına layiq görülür. 1974-cü ildə Xalq artisti adını alır. İxtiyar roluna görə isə ona ölümündən sonra dövlət mükafatı verilib.
Xalq artisti Rasim Balayev onunla bağlı xatirələrindən bəhs edərkən deyir: “Yadımdadır ki, "Nəsimi"də Şəmsin atası Şeyx Əzəm tərəfindən boğulduğu kadr çəkilirdi. Məmmədrza Şeyxzamanov qəddarlıqla qızını boğub öldürəndə göz yaşlarını gizlədə bilmir. Əslində, heç o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, şeyxzamanovluqdan çıxmışdı. Kadr lentə alınandan sonra bir kənara çəkilib hönkürdü. Onu sakitləşdirə bilmirdilər. Dedi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa saldı ki, a kişi, bu roldur, səni heç kim qınamır”.
Sənətkarın həyatı ilə bağlı maraqlı məqamlarından biri də 9 rəqəminin mistikasıdır. Belə ki, Məmmədrza Şeyxzamanov 19 yaşında Gəncə Dövlət Dram Teatrına gəlir, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, 59 yaşında Xalq artisti adına layiq görülür və 69 yaşında həyatla vidalaşır.
Övladlarının onun yolunu davam etdirməsini istəməyib. Kiçik qızı Afaq onun yolunu getmək fikrinə düşəndə qızına aktyorluq sənətinin çətinliklərindən danışaraq deyib:
“Bu sənətin çətinliklərinə dözmək lazımdır. Ən əsası, gərək istedadın olsun. Gərək, elə aktrisa olasan ki, mənim adıma layiq olsun”.
M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

17:21
Digər xəbərlər