Ukraynalı deputat Maksim Kuryaç qondarma “erməni soyqırımı”na yox dedi

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) bu ölkənin Zaparojye Vilayət Şurasının 11-ci sessiyasının Ali Radaya uydurma erməni soyqırımının ildönümü ilə bağlı müraciətinə etirazı Ukrayna mediasında və ictimai-siyasi dairələrində ciddi müzakirəyə səbəb olub. Bu müzakirələr Ukrayna parlamentinin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Maksim Kuryaçiyin öz facebook səhifəsində yazdığı statusdan sonra qızışıb. Belə ki, Maksim Kuryaçiyin Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma erməni soyqırımı müraciətinə etirazı Ukrayna mətbuatında da geniş yer verilib.

O qeyd edib ki, 2017-ci il 6 aprel tarixində Zaparojye Vilayəti Şurası tərəfindən Ali Radaya qondarma erməni soyqırımının tanınması haqda müraciət daxil olub: "Bununla əlaqədar olaraq Azərbaycan Milli Məclisi ilə işçi qrupun rəhbəri kimi mənə bir çox insanlar müraciət edərək, bu mövzuda rəsmi açıqlama və ya şərh verməyimi istəyirlər. Bu məsələ ilə bağlı “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadov da mənə müraciət edib. Bu kimi məsələlər çox mürəkkəbdir, insanlarda həyacan yaradır. Bu məsələ ədalətli olaraq Azərbaycan və Türkiyənin diplomatik strukturlarını narahat edir. Ukraynada heç bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur. Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur. Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

M.Kuryaçiy onu da bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır.

Deputatın fikrincə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlar ilə üz-üzə qoymağa çalışırlar: "Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz şəkildə tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər”.

bakipost.az

21:53