Qədim Karaim elində bir neçə gün...

Düz bir il əvvəl dünyada mövcud olan karayimlərin "Məkkəsi"si sayılan Litvanın Trakay şəhərində idim.

II Dunya müharibəsi zamanı faşistlər karayimlərin hamısını həbs etsələr də, sonradan onlarin bir çoxunun həyatlarına nədənsə toxunmadılar.

Yəqin ki, oxuculara da maraqlıdır. Litvada niyə cəmi 250 civarında karayim qalib? Karayimlər yəhudi, yoxsa  türkdürlər?

Nədən karayimlərin müqəddəs kitablarıi Tövratdır? Xristitanlar ibadət evinə tsekv, kerk, kostel, yəhudiler sinaqoq, müsəlmanlar məscid, came dediyi halda, nə üçün karayimlər dini ayinlərini icra etdikləri məbədə məhz OÇAQ deyirler? Bütün dünyaya səpələnmiş, sayları 50-100 min arasında dəyişən karayimlərə bir millət kimi, kim sahib çixacaq? Onlara sahib cixan İsrail, Türkiyə, Azərbaycan, yoxsa butun Türk Dünyası olmalıdır?

Etimoloji nəzəriyyələrdən birinə görə karaimlər qədim Xəzər türklərinin qərbə köç edərək burada iduazimi qəbul edən bir soyudur.

Bütün bu sualları əhatə edə bilən geniş araşdırmaya ehtiyac var... Hələlik isə mehriban, səmimi, insansevər, tənha bir millət olan karayimlər barədə araşdırmam davam edir... Üzümüz bahar olsa da, nədənsə köksümüzdə qışdır. Çünki nə təəssüf ki, həmişə yadlar tərəfindən idarə edilmişik.

 

Elman MUSTAFAZADƏ,

Lehistan

 

xudaferin.eu

00:27