Türk zabitindən Amerikaya sillə kimi cavab – “Düşmənimi silahlandıranın medalını yaxama taxa bilmərəm”

 

Təhlükəsizlik üzrə mütəxəssis, təqaüddə olan hərbçi Abdullah Ağar özünün sosial şəbəkədəki hesabında dünən İncirlik bazasında baş verənlərdən bəhs edən bir yazı paylaşıb. İncirlikdə İŞİD-ə qarşı Mübarizə Koalisiyası Qəragahında keçirilən mükafatlandırma mərasimində türk zabitinin amerikalı komandirə verdiyi cavab sosial mediada qısa müddət ərzində sürətlə yayılıb.

Türk zabiti ABŞ tərəfindən ona təqdim edilən medalı qəbul etməyəcəyini bildirərək deyib: “Medalı verənlər mənim düşmənim olan YPG ilə əməkdaşlıq edirlər. “ŞƏRƏFİM NAMİNƏ bu medalı qəbul edə bilmərəm”.

Təqaüddə olan zabit Abdullah Ağar İncirlikdə baş verən hadisəni “Feysbuk” səhifəsində paylaşaraq yazıb: “Sizlərə, İncirlikdə bir hadisəyə şahid olan bəzi yoldaşların danışdıqlarını çatdırmaq istəyirəm”.
 

Yazı belədir:
 

“Yer: İncirlik bazası, İŞİD ilə Mübarizə Koalisiyası Qərargahı. 10 may 2017. Axşam vaxtı, saat 19:00 radələri... Sizlərə İncirlikdə bir hadisənin şahidi olan bəzi yoldaşların danışdıqlarını çatdırmaq istəyirəm. Bu hadisə, 2017-ci il, mayın 10-da, yəni dünən, İncirlikdə İŞİD-lə Mübarizə Koalisiyasının Qərargahında baş verib. Koalisiya qəragahında bir vida və medal mərasimi keçirilir. Bu mərasimdə, yüksək nailiyyətlərinə görə bir türk zabitinə, AMB komandanlığı adından medal və nişan təqdim edilir. Bu medalı amerikalı polkovnik Kevin Lihi taxmalıdır. Medal öz sahəsində verilən ikinci böyük medaldır. Yəni çox qiymətlidir.

Amerikalı polkovnik Kevin Lihi tərəfində türk zabitinə medal taxılır, nişan təqdim edilir.

Bundan sonra medal taxılan türk zabit qaydaya görə çıxış edir.

Əvvəlcə qısa bir qiymətləndirmə verir: “Türkiyə olaraq, gözəl nailiyyətlər ələ etdiyimizi düşünürəm. Bunlardan ən mühümü də Əl-Bab əməliyyatı zamanı mülki əhalidən bir nəfərin də itirilməməsi və dost atəşindən vurulması hadisəsinin baş verməməsidir. Halbuki, xəritəyə baxdıqda, Suriya və İraqda bu cür yanlış hadisələr baş verməkdədir. Bu da bizi nə qədər uğurlu olduğumuzu göstərir”.

Türk zabiti sözlərini belə tamamlayır: “Başqa bir məsələ... Sizləri yaralamaq və incitmək istəmirəm. Lakin bu medalı qəbul eləmək istəmirəm. Çünki bu medalı verənlər mənim düşmənim olan YPG ilə əməkdaşlıq edirlər. ŞƏRƏFİM bu medalı və nişanı qəbul eləməyimə imkan vermir”.

Hamı buz kimi donub qalır. Heç kimdən bir kəlmə də çıxmır. Və Türk Zabiti mərasimi tərk edir. Çıxıb gedir.

Baş verən hadisə qısaca belədir. Türk zabitinin şərəfli yaxasında özünüə yer tapmayan Amerika medalının yeri bəlkə də, bundan sonra YPG/PKK terrorçularının yaxasıdır.

Uşaq qatili olan, 1 aylıq körpə Yılmazın, 6 aylıq körpə Saimənin, 4 yaşındakı Barışın və 8 yaşındakı Cumruhiyyətin qatillərinn yaxası! Uşaq qatillərinn öldürdükləri Saimə və Yılmaz kimi, Cumhuriyyət və Barış da uşaqların həqiqi adlarıdır. Və o uşaq qatilləri keçmişdə etdikləri kimi məsumları qətlə yetirməyə, xüsusilə də Suriyada onları yaşadıqları ərazilərdən çıxarmağa, evlərini torpaqlarını qəsb eləməyə davam eləməkdədirlər”.

Hurriyyet.org

 

09:39